Darvin nəzəriyyəsi nə haqdadır?
Bu nəzəriyyənin tərəfdarları həyatın yaranmasını izah etmək istəmişlər və onların görüşləri insanlar arasında geniş yayılmışdır. Bu nəzəriyyəni həqiqət kimi qəbul edən bir çox təmiz niyyətli insanlar onun geniş yayılmasına böyük təkan vermişlər. Habelə öz maraqlarına xidmət etdiyinə görə onu pis niyyətlə yayanlar da olmuşdur. Bu nəzəriyyə insanın yaradılışını vəsf edən dini təlimləri inkar edir və onun sayəsində din əleyhdarları öz mövqelərini elmi metodlarla əsaslandıraraq insanları zəlalətə sürükləməyə çalışırlar. Bu nəzəriyyə nə haqdadır?