"Əmin" və "in şəə Allah" kəlmələri nə vaxt işlənilir?

    12.08.2014
Sual: 
ASSALAMUALEYKUM.SUALIM BELƏDİRKİ BƏZƏN BİR DUANI EDƏNDƏ SONDA BƏZƏN İN ŞƏ ALLAH VƏ AMİN KƏLİMƏLƏRİ BİR YERDƏ İŞLƏNİR.BİLDİYİMƏ GÖRƏ BUNLAR FƏRQLİ ANLAMDA SÖZLƏRDİR.BUNA BAĞLI AYƏ VƏ HƏDİS VARMI?AMİN NƏ ZAMAN İN ŞƏALLAH NƏ ZAMAN İŞLƏNİR.CƏZƏKALLAHU XAYR
Cavab: 

Aleykum salam. "Əmin" sözü duaların sonunda işlənir. Əmin sözü "Allahım qəbul et!" deməkdir. əl-Fatihə surəsi duadan ibarət olduğu üçün namazda əl-Fatihədən sonra "əmin" deyilir. "İn şəə Allah" sözü isə "Allah istəsə" deməkdir.

Sübh namazının qəzası necə qılınır?

    11.08.2014
Sual: 
Salam Aleykum, Subh namazının qezası nece qilinir? və sesi qilinir yoxsa sesiz? bu haqda cavab yazın, Allah razı olsun.
Cavab: 

Aleykum salam. Sübh namazına oyanmamaq səbəbi ilə namazı buraxan yuxudan oyandıqda dərhal namazı qılmalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim namaza yatıb qalarsa və ya (namaz qılmağı) unudarsa, yadına düşən kimi qılsın!

Hamilə qadının dualarında qız övladı istəməsi günahdırmı?

    11.08.2014
Sual: 
Salam Aleykum.Men Hamileyem amma isteyiremki birinci ovladim qiz olsun dua edirem .Allahin qezebi tutarmi mene?
Cavab: 

Aleykum salam. İslam dininə görə oğlanla qız arasında fərq qoyulmur. Əsas odur ki, Allah sağlam və xeyirli övlad bəxş etsin. Ona görə də Allahdan özünüzə sağlam və xeyirli övlad diləyin. Hər bir halda qız istəməyiniz günah sayılmır. 
 

Pages