Deyilənə görə təzə evlənənlər qırx gün namaz qılmaya bilərlər. Bu doğrudurmu?

    09.08.2014
Sual: 
Salam Aleykum men esitmisem ki teze evlenmis aile 40 gun muddetinde namaz qilmaya biler bu haqda delil ve hedisler var?
Cavab: 
Aleykum salam. Fərz namazlarını heç bir halda bir gün belə buraxmaq olmaz. Çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) xəstə olarkən belə heç vaxt namazları buraxmamışdır. 

Namazları gündə bir dəfə dörd rükət qılmaq olarmı?

    09.08.2014
Sual: 
Salam. Namazı günde 1 defe qılmaq, yeni Allah yolunda her gün 1 defe olarmı. 4 roket. Evvel qıldım, indi 2 uşağım var. Balacadılar. İndi başlamak istiyirem
Cavab: 

Aleykum salam. Fərz namazları gündə beş dəfə qılınmalıdır. Bir dəfə qılmağa icazə verilmir. Uca Allah namazı gündə beş dəfə qılmağı vacib buyurur. Ailəli olmağınıza baxmayaraq hər gün, hər namaza 5-10 dəqiqə vaxt ayırmaq mümkündür.

Arzularımın bir qismini yuxuda görürəm. Bu yuxularımın mənası nədir?

    09.08.2014
Sual: 
Salam əleykum.Mən bəzən arzularımın bir qismini yuxuda görürəm. Bu yuxularımın mənası nə ola bilər? İndidən Allah razı olsun!
Cavab: 

Aleykum salam. İslama görə yuxular üç növdür: Allah Təaladan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Uca Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur. Bu cür yuxular gördükdə Allaha həmd etmək və ümid etmək lazımdır.

"ət-Təkəsur" surəsinin izahı

    09.08.2014

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,
2. gömülməklə qəbirləri ziyarət etdiniz.
3. Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz!
4. Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz!
5. Xeyr! Kaş ki, yəqin biləydiniz.
6. Siz Cəhənnəmi mütləq görəcəksiniz!
7. Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!

Pages