Qadınlar hicab geyinərkən ayaqları da örtülü olmalıdırmı?
Aleykum salam. Qadınların ayaqyalın gəzmələri doğru deyildir. Çünki Quran ayəsinə əsasən görünə bilən yerlər yalnız üz və əllərdir.
Bilmədən və ya unudaraq səhv bir əməli etmək günahdırmı?
Aleykum salam. Dinimizə görə bilmədən xəta etmək üzürlü haldır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var).
Niyyəti dil ilə deməyin bidət olduğuna dair hər hansı bir əsasınız varmı?
Namazı vaxtı girən kimi qıla bilməmək günahdır?
Aleykum salam. Dediyiniz kimi namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu haqda belə buyurub: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır". (əl-Buxari "Məvaqit", 162).
Dəstəmaz aldıqda əzalar neçə dəfə yuyulmalıdır?
Aleykum salam. Bu məsələnin heç bir məzhəblə əlaqəsi yoxdur. Sadəcə ayayə əsasən 1 dəfə yumaq vacib, 1-dən çox (2-3 dəfə) yumaq isə sünnədir, yəni bəyəniləndir. Daha ətraflı:
Salavat təkcə peyğəmbərə göndərilir, yoxsa onun ailəsinə də göndərmək olar?
Aleykum salam. Salavat yalnız Peyğəmbərə (salləllahu aleyhi və səlləm), həmçinin onunla yanaşı Əhli-Beytinə də göndərilir. Lakin, ayrıca Əhli-Beytə salavat göndərilmir. Daha ətraflı:
Səbir edənlərə müjdə ver!
Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157).
Namazın vaxtları barədə
Aleykum salam. Bəzi namaz təqvimlərində qeyd olunan vaxtlar ehtiyat məqsədi ilə uzadılır. Buna görə də təqvimlərin vaxtlarında fərqlilik meydana gəlir. Odur ki, əlinizdə olan hər hansı bir təqvimdən istifadə etməyinizdə heç bir problem yoxdur.
Araqla hər hansı bir əşyanı təmizləmək və üzqırxan maşınla saqqalı azaltmaq barədə
Aleykum salam.
1) Spirtli içkilərdən təmizləyici vasitə kimi istifadə etmək olar. Bununla bağlı heç bir qadağa bildirilməmişdir.

