İstimna etmək yaxşı əməlləri puç edirmi?
Salam aleykum. Şirk və küfrdən aşağı dərəcədə olan günahlar xeyirxah əməlləri bütövlükdə puç etmir.
Salam aleykum. Şirk və küfrdən aşağı dərəcədə olan günahlar xeyirxah əməlləri bütövlükdə puç etmir.
Aleykum salam. Əgər heyzdən azad olmağınıza əmin deyilsinizsə, əmin olduqdan sonra təmizlənin sonra da namazlarınızı qılmağa davam edin. Əmin olmadığınız günlər də heyzli günlərə nisbət olunur, yəni qəzası qılınmır.
Aleykum salam. Belə olan təqdirdə sübhün həm sünnət, həm də fərz namazını qıla bilərsiniz. Həmçinin, bilmək lazımdır ki, günəş üfüqdən çıxmağa yaxınlaşdıqda hava işıqlı görünür. Lakin bu hələ sübh namazının vaxtının bitməsi demək deyildir.
Aleykum salam. Ölmüş insanı unutmağın günah olması barədə dinimizdə heç bir dəlil yoxdur. Həmçinin, ölüləri tez-tez xatırlamağın buyurulması barədə də heç bir dəlil yoxdur. Buna görə narahat olmaq lazım deyildir.
Aleykum salam. Bu cür xoşagəlməz yuxular gördükdə yuxunun və şeytanın şərindən Allaha sığınmaq lazımdır. Həmçinin, bu cür yuxular gördükdə onlara əhəmiyyət vermək lazım deyildir. Daha ətraflı: Yuxu haqqında
Aleykum salam. Doğulan uşaqlara yaxşı ad qoymaq övladın valideyn üzərində olan haqqıdır. Sözsüz ki, ən yaxşı adlar Uca Allahın adları və Onun peyğəmbərlərinin, həmçinin səhabələrin və keçmiş əməlisalehlərin adlarıdır.
Aleykum salam. Azan səsi gözəl bir səs olsa da, hər bir halda bunun öz-özünə baş verməsi normal bir hal deyildir. Sizə Quran surələrinin audio yazılarını dinləməyi və bu hala əhəmiyyət verməməyi məsləhət görürük.
Salam aleykum. Uca Allah dində parçalanmağı və ona aparan amilləri pisləmişdir. Quran və səhih hədislərdə bunun şər bir əməl olması, bunu edənin aqibətinin pis olacağı, sahibinin dünyada rüsvay olacağı, axirətdə isə alçalacağı və üzü qara olacağı barədə bir çox dəlillər vardır.