Şirk necə yaranmışdır?
Uca Allah ilk insan Adəmə (Ona Allahın salamı olsun) yalnız Ona ibadət etməyi əmr etmişdi. Adəmin ardınca Rəbbimiz Nuhu və daha sonra digər peyğəmbərləri (Onlara Allahın salamı olsun) göndərmiş, onlar da insanları yalnız Uca Allaha ibadət etməyə çağırmışdılar. Bununla belə, insanlardan bəziləri Uca Allahdan başqalarına ibadət edərək şirkə düşdülər. Şirkin insanlar arasında baş verməsinin əsas səbəbi onların əməlisaleh kəslər barədə ifrata varmaqları, onları mədh edib təriflərdikdə hədlərini aşmaları olmuşdur. Uca Allah buyurur: "Nuh dedi: "Ey Rəbbim!









