Qəlb nədir?

    22.06.2014

Qəlb sözü qəlib deməkdir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Yer əhlindən Uca Allaha məxsus olan qablar vardır. Rəbbinizin qabları Onun əməlisaleh qullarının qəlbləridir. Onlardan Allaha ən sevimli olanı isə ən yumşaq və zərif olanıdır”.

Doğru yolun misalı

    22.06.2014

Allah Elçisi – ona və ailəsinə Allahın salavatı və salamı olsun – demişdir: “Allah doğru yolu məsəl çəkir; yolun hər iki tərəfində divarlar, onun üzərində açıq qapılar, qapıların üzərində isə zərif pərdə vardır. Yolun başında duran bir carçı belə deyir:
“Ey insanlar! Hamılıqla doğru yolla gedin və yolu­nuz­dan sapmayın!”
Yolun üzərində duran bir carçı isə hər dəfə insan o qapı­lardan birini açdıqda, belə deyir:
“Vay sənin halına, onu açma! Onu açsan, mütləq ora girəcəksən”. (Bundan sonra Allah Elçisi bunları açıqlaya­raq buyurdu:)

İbrahim peyğəmbər haqqında

    20.06.2014

Uca Allah buyurur: "Bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri məbudlarmı qəbul edirsən? Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm".
Beləcə, Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun.
Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: "Bu mənim Rəbbimdir!"– dedi. O batdıqda isə: "Mən batanları sevmirəm!"– dedi.
Doğan ayı gördükdə: "Bu mənim Rəbbimdir!"– dedi. O batdıqda isə: "Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım"– dedi.

Din nəsihətdir!

    03.06.2014

Öyüd-nəsihət İslam dininin dirəyi və əsasıdır. Bu haqda Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – “Din nəsihətdir” deyə buyurmuşdur. Nəsihət sözü “nush” sözündən əmələ gələrək xalis, qatqısız olan bir şeyə deyilir. Ərəblər bal və ona bənzər şeylərin yad maddələrdən təmiz tutulması üçün istifadə etdikləri bu sözü həm də söz və davranışın pis əməllərdən təmizlənməsi üçün istifadə etmişlər. Həmçinin, bu söz tikmək mənasını ifadə edir. Dərzi paltarın korlanan yerlərini tikib yamadığı kimi nəsihət edən də nəsihət etdiyi adamın qüsurlarını düzəldir.

Yusuf peyğəmbərin həyatı

    30.05.2014

Uca Allah Yusuf peyğəmbər haqqında ayrıca surə nazil etmişdir. Bu surə bütövlükdə Yusuf peyğəmbər haqqındadır. Muhəmməd Pey­ğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - onun fəziləti haqqında demişdir: “İbra­himin oğlu İs­haq, onun oğlu Yaqub, onun da oğlu Yusuf, möh­tərəm peyğəmbərdir, özü də möhtə­rəm peyğəmbərin oğlu­dur, atası da möhtərəm peyğəmbərin oğ­lu­dur, babası da möhtə­rəm peyğəmbərin oğlu­dur.” (əl-Buxari, 3382).  
Yusuf surəsi Məkkədə nazil olmuşdur, 111 ayədən ibarətdir.

Yuxuda namaza görə dəstəmaz almaq ne deməkdir?

    30.05.2014
Sual: 
Men yuxuda desda namaz aliram ellermi yuyub elmi basma cekirem sonra yanimda oqlan usaqi var onunda üzüne çekirem bir basi baqli arvad hündür boy arvad sorusur qonsudan namaz qilan budur oda deyirhe bes qila bilecekmi oda dedikihe oda güle güle getdi indi mene deyirlerki qilmalisan osene agah olub indine deyirsiz namazi qilmaqim vacibdir yoxsa yox cavab deqiqliyinen mene cavab vererdiniz saqolun allah razi olsun sizlerden
Cavab: 

Əssələmu aleykum və rahmətullahi va bərakətuhu. Sizin gördüyünüz yuxu gözəl yuxudur. Yuxuda dəstəmaz almaq və ya Allah xatirinə hər hansı bir ibadəti yerinə yetirmək xeyirə yozulur. Sizin namaz qılmağınız vacibdir.  

Pages