Peyğəmbərin adını çəkəndə "salavatullah" demək olar?

    28.05.2014
Sual: 
Salam aleykum.Peygemberimizin adini chekende''salavatullah''demek olar?yeni ''sallallahu aleyhi ve sellem''in yerine
Cavab: 

Aleykum salam. Peyğəmbərin adı çəkiləndə "salavatullahi aleyhi" deyə bilərsiniz. Amma təkcə "salavatullah" demək olmaz, çünki bunun mənası "Allahın salavatı" deməkdir. Bunu dedikdə mütləq "aleyhi" (üzərinə olsun) sözünü də əlavə edin.   

Qəlb duası varmı və duaların qəzası olurmu?

    28.05.2014
Sual: 
Salam əleykum. Mənim sualım budur ki, mən qəlb səfası adlanan duanı hər gün deməli idim. Amma dünən yadımdan çıxıb oxumamışam bu günahdır? Birdə yenidən hər gün oxumaq olar?, və oxumadığımın qəzası var?
Cavab: 

Aleykum salam. Xeyr, bu günah deyil və ümumiyyətlə duaların qəzası olmur. Həmçinin dinimizdə qəlb duası adlanan xüsusi bir dua növü də yoxdur.

İmtahan verəcəyim gün orucumu aça bilərəmmi?

    28.05.2014
Sual: 
Salam aleykum.Men inshaAllah iyulun 20-si qebul imtahani vereceyem.Hemin gun Ramazan ayina tesaduf edir.Eger men hemin gunu oruc tutmushamsa,yola chixarken orucumu achmaliyammi?ve ya achmasam olarmi?
Cavab: 

Aleykum salam. Ramazan orucunu tutmaq – sağlam, ağıllı və həddi-buluğa çatmış hər bir müsəlmana fərzdir (vacibdir). Xəstə və səfərdə olanlar oruc tutmaya bilərlər. Onlar buraxdıqları orucu sonradan tutmalıdırlar.

Qədr gecəsi ilə bağlı dəqiq və ətraflı məlumat lazımdır

    28.05.2014
Sual: 
Salam aleykum.Men size defelerle sual vermishem ''Ehya gecesi ne vaxta tesaduf edecek?''Amma siz hemishe filan linki oxuyun demisiniz.Bezileri deyir:axir 10 gunden biridir.Menim teqvimimde 3 gun yazilib ki, onlardan biri olmalidir.Sizde deyirsiniz ki,axir 10 gunun tek gecelerinden biridir,Indi hansi duzdur.Sehih hedis ve yaxud Quran ayesi yoxdurmu bununla elaqedar?
Cavab: 

Aleykum salam. Qədr gecəsi ramazan ayının bir gecəsidir. Qədr gecəsinin dəqiq nə vaxt olacağı bilinməməkdədir. Həmçinin, İslam alimlərinin görüşlərinə əsasən qədr gecəsi hər ildə yerini dəyişə bilir.

Uhud savaşı haqqında

    27.05.2014

Məkkə müşrikləri Bədr döyüşündəki məğlubiyyətlərinin intiqamını almaq məqsədi ilə böyük bir ordu toplamağa başladılar. Nəticədə onlar üç min dəvə, iki yüz at və yeddi yüz zirehlə təchiz edilmiş və üç min döyüşçüdən ibarət olan bir ordu topladılar. Ordu Əbu Süfyanın başçılığı altında Mədinə şəhərinə doğru hərəkət etdi.  Müşriklər Mədinənin yaxınlığına qədər gəlib Uhud və Ayneyn dağlarının yaxınlığındakı vadidə düşərgə qurdular.

Vəhşinin hekayəsi

    27.05.2014

Vəhşi Peyğəmbərin səhabəsidir. O, Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - sevimli əmisi Həmzə ibn Abdulmuttalibi və peyğəmbərlik iddiasında olan yalançı Museyləməni qətlə yetirmişdir. Rəvayət edilir ki, bir dəfə Ubeydullah ibn Adiy Vəhşiyə dedi: “Bəlkə Həmzəni necə öldürdüyünü bizə danışasan?!”

Özünüzü Oddan qoruyun!

    27.05.2014

Rəvayət edilir ki, Adiy ibn Hatim demişdir: “Mən Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanın­da olarkən iki nəfər şikayətə gəldi. Onlardan biri kasıbçılıqdan, digəri isə yol kəsən qul­durlardan şikayət etdi. Peyğəmbər onları dinlədikdən sonra dedi: “Yol kə­sən qul­durlara gəlincə, az bir zaman keçdikdən sonra karvanlar yanlarında heç bir mühafi­zəçi aparmadan Məkkəyə yollanacaqlar. Kasıbçılığa gəldikdə isə, bilin ki, biriniz əlindəki sədəqə ilə gəzib-dolaşıb bunu ondan qəbul edəcək bir adam tapa bilməyəcəyi vaxt gəlməyincə Qiyamət qopmayacaq.

Pages