Səhv səcdəsinin sözlərini yaza bilərsinizmi?

    23.05.2014
Sual: 
SALAM ZEHMET OLMASA SEHV SECDESININ SOZLERINI YAZARDIZ. 2 DEFE DEYERKEN BELE NEZERDE TUTURSUZ SUBHANE RABBIYEL ALE 3 DEFE, QALXANDA ISE 2 DEFE REBBIGFIRLI?
Cavab: 

Aleykum salam. Səhv səcdəsi namazın sonunda edilir. Səcdə edilir və üç dəfə "Subhənə Rabbiyə-l-A'lə" (Uca olan Rəbbim nə qədər müqəddəs və nöqsansızdır!) deyilir, sonra səcdədən qalxıb üç dəfə "Rabbi-ğ-firli" (Rəbbim məni bağışla!) deyilir.

Valideyndən icazəsiz sevmək olarmı?

    22.05.2014
Sual: 
İslamda 1 oglanla 1 qiz valideyden xebersiz bir birilerini seve bilerlermi ve ya bir oglan bir qizi sevirsen ona ozunu onu sevdiyi kimi sevdirmek ucun ne etmelidir xahis edirem sualimi cavablandirasiniz cox sag olun
Cavab: 

Salam aleykum. İslama görə sevməkdə məqsəd ailə həyatı qurmaqdır. Əgər sevdiyiniz şəxslə ailə qura biləcəksinizsə, qurun, əks halda bu işdən çəkinmək lazımdır.

Qəbir haqqında sual

    22.05.2014
Sual: 
Salam aleykum. sizə bir SualIm var buda Sunnilərin Qəbri haqda məsələn sunnilər niyə olu ucun Qəbir qazanda qəbirin duz yanInan birdənədə qəbir qazIllar və olunu həmin qəbir qazdIqlarI qəbirin yanIndakI qəbirə qoyullar yəni qəbir butov qalIr ama qəbirin borundəki qazdIqlarI yerə qoyullar yəqinki SualImi basa dusdunuz bu haqda cavab yazIn Allah koməyiniz olsun.
Cavab: 

Aleykum salam. Sizin söylədiyiniz qəbirə ərəb dilində "ləhd" deyilir. Rəvayət edilir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qəbrini Əbu Talhə Zeyd ibn Səhl (radıyəllahu anhu) qazmış və onu camaxatanlı etmişdir. Camaxatan qədim fars sözüdür – yorğan-döşək, sandıq və s.

Qəlb qırmaq və oruc tutmaq barəsində sual

    22.05.2014
Sual: 
Salamu aleykuma,ilk sualim qelb sindirmaq Allahin qezabina ducar olmaqdimi ?? yani bunu gunahi ne derecede boyukdu ? IKinci sualim: oruc tutmaq vacibdi bilirem ,eger iwim fiziki cehetce agirdisa yani zeiflik flan olsa tutmaq olar yene oruc?? Tewekkur edirem onceden.
Cavab: 

Aleykum salam.
1. İnsanın haqsız yerə qəlbini qırmaq günahdır. Daha ətraflı: Qəlb qırmaq günahdırmı?
2. Əgər söhbət ramazan ayının oruclarından gedirsə, bu zaman mütləq tutmaq lazımdır.

Qeybət edənin savabları qeybəti edilən insana yazılırmı?

    22.05.2014
Sual: 
Salam aleykum. sizə bir SualIm var məsələn bir insanIn pisinə yaxsIna və danIsmaq və bir insanIn dalInca Qeybət etməyin nə dərəcədə gunahdIr və bildiyimə gorə kiminsə dalInca qeybət etmək pisinə danIsanda həmin Qeybət eliyən insanIn sabablarI yazIlir qeybət etdiyi insana sualIm sizə aydIn oldusa bu haqda cavab yazIn Allah sizin koməyiniz olsun!
Cavab: 

Aleykuma salam. Qeybət etmək böyük günahdır. Qeybət etmək bir insan haqqında onun xoşlamadığı sözləri qeybində danışmağa deyilir. Sözsüz ki, burada insanın xoşlamadığı pis sözlərdən gedir. Amma bir insan haqqında xoş sözlər danışmaq qeybətdən sayılmır.

Pages