Yuxular çin çıxırmı?

    21.05.2014
Sual: 
Salam Deyilənə görə yuxular çin olur bu düzdürmü? Bu düzdürsə onda insanin gördüyü yuxu pis və yaxşı yuxu neçə günə çin çıxır
Cavab: 

Aleykum salam. Yuxular üç növdür: Allah Təaladan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Uca Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur. Bu cür yuxular gördükdə Allaha həmd etmək və ümid etmək lazımdır.

Özünə məzhəb seçmək vacibdirmi?

    21.05.2014
Sual: 
Assalamu Aleykum. Mezhebler haqqında biraz melumat vere bilersiniz? Mezheb seçmek vavibdirmi? Mezheb seçmesem yalnış yola düşmüş biri sayılıram? Mezhebler niye yarandı? Ve en sonda eger vacibdirse hansı mezhebi meslehet görürsünüz? Minnetdaram!
Cavab: 

Aleykum salam. Bilmək lazımdır ki, islamda təriqət, məzhəbçilik və təfriqəçilik yoxdur. Quranda da bu barədə kifayət qədər ayələr mövcuddur.

Şəkil çəkmək və heykəl olan otaqda namaz qılmaq olarmı?

    20.05.2014
Sual: 
Salam. Sulu boya ve yaxud karandaşla canlı resmi.cekmek günahdırmı? Heykel olan otaqda namaz qilmaq olar?
Cavab: 

Aleykum salam.
1) İslam dininə görə əl ilə canlı (ruhu olan) şəkili çəkmək haramdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü Allah dərgahında ən şiddətli əzab şəkil çəkənlərə olacaqdır". (əl-Buxari).

Naməhrəm olan qohumlarla öpüşüb-görüşmək olarmı?

    20.05.2014
Sual: 
esselamu eleykum men hicabliyam 39 yasim var dayim oqlanlari 29 26 25 yaslardadir onlarin usaqliqi gozumun qabaqinda kecib bir sozle qucaqimda boyuyubler tez tezgedis gelisimiz var her gorusende onlari balam qardasim kimi opurem dayimla da gorusurem pis hec bir niyyetim yoxdur dinimiz bu barede ne buyurur saq olun tesekkur edirem
Cavab: 

Aleykum salam. Qadın, qohumu olsa belə naməhrəm olanlarla öpüşüb-görüşməsi günahdır.

Üç müxtəlif suala cavab

    20.05.2014
Sual: 
Assalamu aleykum necesiz? size bir nece sual verecem insALLAH.1sef secdesi nece edilir ve necenci ruketde edilir sozleri necedir izahli hem sozle hemde izahla yazardizda..2 evde maykada ve wortikde ola ola destamaz almaq olar?. 3 bir insana islamin gozelliylerini anladanda ve yaxud ALLAhin bize bexs etdiyi gozelliyleri ve peyqemberimizin heyatindan danisanda gozlerinden yas gelmesi qebahedirmi? ALLAH elmivizi artirsin assalamu aleykum.
Cavab: 

Aleykum salam.
1) Şəriətə görə namaz qıldıqda namazın vacib əsaslarından birini səhvən və ya unudaraq etməzsə, bu zaman ona namazın sonunda səcdə etmək lazım gəlir. Bu səcdəyə səhv səcdəsi deyilir. Səhv səcdəsi namazın qüsurlarını örtür.

Bu il Ramazan ayı nə vaxt başlayacaq və qədr gecələri nə vaxta təsadüf edəcək?

    20.05.2014
Sual: 
Salam aleykum.Bu il Ramazan ayi ne vaxt bashlayacaq?Bes qedr geceleri ne vaxta tesaduf edir?
Cavab: 

Aleykum salam. Bu il Ramazan ayı inşallah İyun ayının sonunda başlayacaq. Hicri təqviminə əsasən ay 29 və ya 30 gün olduğundan Ramazan ayı göydə hilalın (yeni ayın əlamətinin) görünməsi ilə başlayır və Şəvval ayının hilalının görünməsi ilə sona yetir.

Nəzir haqqında

    20.05.2014
Sual: 
Salam aleykum. Men qizil qolbagimi ve uzuyumu nezir etmishem. Olarmi ki, o qizillarin pulu ne qeder edirse, men pulu nezir verim? Neziri 3 ay mueyyen sebebden gecikdirmek olarmi?
Cavab: 

Aleykum salam. Nəzir dediyiniz zinət əşyasının əvəzində pul verə bilərsiniz və nəziri üzrlü səbəbə görə gecikdirə də bilərsiniz. 

Cinlər haqqında surə

    20.05.2014

Cinlər - Uca Allahın yer üzərində oddan yaratdığı şüurlu məxluqlardır. İnsanlar kimi cinlərdən də müsəlman və ya kafir olanı vardır. İnsanları doğru yoldan sapdıranları şeytan adlanırlar. İnsanlar bəzən onları görə bilir­. Peyğəmbər demişdir: “Dünən cinlər­dən çox qüvvətli birisi namazımı yarımçıq kəsmək üçün yanıma gəldi. Lakin Allah mənə onu tut­mağa yardım etdi. Əvvəlcə mən istədim onu məscidin dirəklə­rin­dən birinə bağ­layım ki, səhər açıldıqda hamınız ona baxa biləsiniz, ancaq qar­daşım Suley­manın dediyini xatırladım. O demişdir: “Ey Rəbbim!

Təşəhhüdün hansı hissəsində şəhadət barmağını tərpətmək lazımdır?

    19.05.2014
Sual: 
Salam aleykum. sizə bir sualIm var məsələn mən Əttəhiyatuda isare barmaqImI uzadIram ve Əttəhiyatunu deyirəm ama Namazda əttəhiyatunu deyəndə gərək barmaqImI asagI yuxarIya dogru tərpədəm yəqinki basa dusdunuz ama mən bilmirəmki Əttəhiyatunu deyən anda barmaqI asagI yuxarIya dogru tərpədəndə Əttəhiyyatunun hansI sozu deyilir? Cavab yazIn
Cavab: 

Aleykum salam. Şəriətə görə təşəhhüdü deyərkən sonuna qədər şəhadət barmağını yüngülcə tərpədin. 

Pages