Sevdiyim oğlanın halalı ola bilərəmmi?
Aleykum salam. Halallıq ailə qurmaqdadır. Başqa halallıq axtarmayın. Sevdiyiniz şəxslə ailə qura bilərsinizsə, qurun, əks təqdirdə bu işdən çəkinin.
Aleykum salam. Halallıq ailə qurmaqdadır. Başqa halallıq axtarmayın. Sevdiyiniz şəxslə ailə qura bilərsinizsə, qurun, əks təqdirdə bu işdən çəkinin.
Əshabi-kəhf (Mağara əhli) – qədim dövrdə bütpərəst qövmlərindən qaçaraq mağaraya sığınmış gənc oğlanlardır. Allah onlara ilham verərək doğru yola yönəltmiş, onlar da Allahın təkliyini etiraf etmiş və Ona iman gətirmişdilər. Onlar mağarada yuxuya gedərək üç yüz il qaldılar. Rəvayət edilir ki, bir gün Məkkə müşrikləri Peyğəmbəri - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yoxlamaq məqsədi ilə bir neçə adamı Kitab əhlinin (yəhudi və xristianların) yanına göndərib ona sual vermələrini istədilər.
Mübarək Ramazan ayı yaxınlaşmaqdadır. Bu ay başqa aylar kimi deyildir. Bu ay xeyir-bərəkətlə dolu, Allahın mərhəmət qapılarının açıldığı bir aydır. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Ramazan ayının gəlişi münasibəti ilə öz səhabələrini müjdələyər, bu ayda mərhəmət və cənnət qapılarının açılmasını, cəhənnəm qapılarının və şeytanların bağlanmasını xatırladar və belə deyərdi: "Ramazanın ilk gecəsində cənnətin qapıları açılar və heç bir qapısı bağlanmaz. Cəhənnəmin qapıları isə bağlanar və heç biri açıq qalmaz. Həmçinin, şeytanlar da qapanarlar.
Və aleykum Salam. Şükür səcdəsi istənilən vaxt bir səcdə edərək səcdədə Allaha şükür, həmd-səna etməklə yerinə yetirilir.
Aleykum salam. Qohum olsa belə naməhrəmlə zərurət olmadan söhbət etməyiniz, yazışmağınız günahdır.
Aleykum salam. Ananızın çağırışına görə namazdan çıxmaq olmaz.
Aleykum salam. Uca Allah aləmlərin - yeddi qat səmanın, yerin və bunların arasında olanların Rəbbidir. Biz bilirik ki, Allahın yaratdığı gözəgörünməz məxluqlar - mələklər, cinlər vardır. Dünya alimləri başqa planetlərdə şüurlu məxluqların olmasını nə təsdiq edir, nə də inkar edirlər.
Aleykum salam. Bu şəxs haqqında heç bir məlumatımız yoxdur. Şəxslər haqqında dəqiq məlumatları İslam ensiklopediyalarından öyrənə bilərsiniz.
Aleykum salam. Heyfisilənərək ağlamaq olmaz, çünki bu, bədbinlik gətirən ağlamaqdır. Bu cür ağlamaqdan çəkinin və Allahdan valideyniniz üçün bağışlanma diləyin.
Aleykum salam. Bəzi insanlar istixarə namazının mahiyyətini anlamır və istixarəyə sanki fala baxdırmaq kimi baxırlar. İstixarə ibadət növüdür. İstixarə Allahdan xeyir diləməkdir.