Məgər peyğəmbərimiz gecələri və gündüzləri yatmayıb?

    22.05.2014
Sual: 
Salam aleykum. bildiyimə gorə Sallallahu aleyhi və Səlləm gecə gunduz yatmIyIb bu haqda məlumat verin.
Cavab: 

Aleykum salam. Peyğəmbərlər bəşər övladıdırlar və hər bir bəşər övladı kimi onlar da yatmaq xüsusiyyətinə malikdirlər. Allah Təala buyurur: "(Ya Rəsulum!) De: "Mən də ancaq sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız bir olan Allahdır.

Üç müxtəlif suala cavab

    22.05.2014
Sual: 
Salam.Her vaxtiniz xeyir.Bezi seyleri deqiqlesdirmek isterdim.1.isde olduguma gore Zohr namazini qilmaga catmiram.Eve gelib Zohru Esrin vaxtinda qiliram.Namazlari birlesdirirem.Bu zaman Zihr namazi qeza kimi gedir?? 2.Men Qurani rus dilinde oxuya bilerem?? Rus dilinde daha aydin basa dusduyume ucun. 3.Sizin namaza aid video-nu ne vaxt izlemek mumkun olacaq?? Her seye gore tesekkurler.Minnetdaram.
Cavab: 

Aleykum salam.

Yəcuc və Məcuc tayfası haqqında ətraflı yaza bilərsinizmi?

    22.05.2014
Sual: 
Salam aleykum Yecuc ve Mecuc tayfasi haqqinda bilmek isterdim. Onlar insandilar? Bizim kimi adi insanlardilar? Eger deyillerse onlarin bizden ferqi nedir? Kehf suresinde deyilir ki onlarin uzerine sedd cekilib. Eger beledirse onda o seddin altinda yashayirlar onlar hal hazirda? Orda qidalanirlar yoxsa nece? Xahish edirem Yecuc ve Mecuc tayfasi haqqinda genish melumat veresiniz ALLAH RAZI OLSUN!
Cavab: 

Aleykum salam. Daha ətraflı cavabı bu linkdən oxuyun: Yəcuc və Məcuc tayfaları
 

Dilək duaları varmı?

    21.05.2014
Sual: 
Salam dilək duaları deyə bir şey varmıdır və bu dilək duaları nəticəsində insanın diləyi yerinə yetirmi əgər belə dualar vardırsa xahiş edirəm mənə o dualardan verin
Cavab: 

Aleykum salam. Allah Təaladan bir şey diləyib istədikdə "Ey Allahım!", "Ey Rəbbim" deyə Uca Allaha üz tutub istədiyinizi Ondan diləyə bilərsiniz. Bunun üçün xüsusi bir duaya ehtiyac yoxdur. Həmçinin, namazın səcdəsində çoxlu dua edə bilərsiniz.

Mənə verilən yazılı bir kağıza görə 13 gündən sonra məni fəlakət gözləyir. Bu doğrudurmu?

    21.05.2014
Sual: 
salam mənə 1 neçə gün bundan əvvəl 1 kağız verilmişdi kağızda 13 yaşlı qizdan danışılırdı qızın dediyinə görə əgər mən o kağzı paylaşmasam məni 13 gün sonra fəlakət gözləyir bu düzgündür.
Cavab: 

Aleykum salam. Bu kimi inanclar xurafat və mövhumat xarekterli batil fikirlərdir. İslam dininə görə günlərin, ayların, illərin və ya hər hansı bir əlamətin uğursuz olması anlayışı yoxdur.

Pages