Qarunun əhvalatı

    27.05.2014

Uca Allah Qurani Kərimdə insanlara ibrət olsun deyə Qarunun əhvalatı haqda xəbər verir. Allah buyurur: “Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: "(Var-dövlətinlə) öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir. Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma.

Xilafət və təşəhhüdlə bağlı sual

    27.05.2014
Sual: 
As Salamu Aleykum 1) Hz.Muhammed dunyasini deyiwdikden sonra hakimiyyete kim gelmisdir? Hz.Ebu Bekr yoxsa Hz.Eli? 2)Bezi insanlar Hz.Omeri tehqir edirler onun yadsi insan olmadigini soyleyirler. Bu fukir ne derecede dogrudur? 3) Neye gore teşehudde oturarken sol ayagimizin ustunde oturu sag ayagimizi ise duz tuturuq. ?
Cavab: 

Aleykum salam.
1) Muhəmməd peyğəmbər dünyasını dəyişdikdən sonra ilk seçilib təyin olunan xəlifə möminlərin əmiri Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun) olmuşdur.

Adın dəyişdirilməsi barədə sual

    27.05.2014
Sual: 
Salam aleykum, mənim adım Tükazbandır,mənə bir cox dindar insanlar deyiblər ki,adını dəyişdir yaxşı məna vermir və bu insanın taleyində rol oynayır,bu adı mənə atam qoyub babamın istəyilə nənəsinin adıdır və bir dəfə dedim razı olmadı məndə bir addan ötrü onun xətrinə dəymək istəmirəm,adımı dəyişdirməsəm nə dərəcədə düzgündür?günahı varmı? Təşəkkür edirəm!
Cavab: 

Aleykum salam. Əgər Tükəzban adı, həqiqətən də pis məna daşıyırsa, bu adı başqa bir adla dəyişdirmək vacibdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrdən pis məna daşıyan bir ad eşitdikdə onu yaxşısı ilə əvəz edərdi. 

Allahın əli məcazi mənada deyilib?

    26.05.2014
Sual: 
quranda Allahin eli oldugu ayelerdeki el sozunu Allah mecazen iwletmiyib? Allah ixlas suresinde buyurubki onun hecbir benzeri yoxdu .. bunu duz qebul etsen deyin gorum Allahin ipi hardadi ki ayede deyilirki haminiz Allahin ipinden yapisin men tapa bilmirem nedir bu ip
Cavab: 

Quranda məcazi məna yoxdur. Çünki məcazi məna yalan deməkdir. Allah təalanın kəlamı isə heç vaxt yalan ola bilməz. Məcazi məna bütün dillərdə, eləcə də ana dilimizdə də vardır. Məsələn, birimiz pulunun olmadığını bildirmək üçün məcazi mənada "cibimdə siçanlar oynayır" deyir.

İslamda birdən çox evliliyə icazə varmı?

    26.05.2014
Sual: 
Salamlar islamda deyilənə görə 1 kişi 2 və yaxud 3 kəbinli arvad saxlaya bilər yəni 3 qadınla evli ola bilər onların hamsını eyni dərəcədə salamaq şərtiylə bu düzgündür
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Xoşunuza gələn (halal) qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda (onlardan) biri ilə və yaxud sahib olduğunuz cariyələrlə (kifayətlənin).

Pages