Təkfir nədir?

    19.05.2014
Sual: 
Salam aleykum. Tekfir nedir? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Təkfir etmək bir insanın kafir olduğunu sübuta yetirməkdir. Bu, İslam dövlətlərində dindən çıxanları ayırd etmək və onları mühakimə etmək üçün tətbiq edilən bir elmdir.

Qadın xəyalında başqasını fikirləşərsə, günah etmiş olarmı?

    19.05.2014
Sual: 
Əgər evli qadin,xəyalinda başqa kişini fikirləşirsə günah etmiş olur??
Cavab: 

Aleykum salam. Uca Allah insana fikirlərində azadlıq vermişdir. İslam alimləri deyirlər ki, əgər insan mümkün olmayan günahları xəyalına gətirirsə, buna görə günah qazanmır. Məsələn, insan xəyalında bank yarmağı fikirləşir, lakin onun bunu etmək niyyəti yoxdur.

əl-Furqan surəsinin birinci ayəsinin təfsirini yaza bilərsinizmi?

    18.05.2014
Sual: 
Salam aleykum va rahmetullahi va beraketu. Suallarimizi qisa vaxt erzinde ve kifayet edecek qeder cavablandirdiginiz üchün minnetdaram. Furqan suresinin birinci ayesinin lazimi qaydada tefsirini vermenizi xahish edirem.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Allah Təala buyurur: "Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır! (əl-Furqan, 1).

Bir namazın vaxtı digər namazın vaxtının girməsinə qədərdirmi?

    18.05.2014
Sual: 
Salam aleykum. Bilmek isterdim ki, namazin son vaxti digerinin bashlama vaxtina hemin namazi qilmaga chatacaq qeder vaxt qalanadekmidir? Evvelceden teshekkurler!
Cavab: 

Aleykum salam. Bu, zöhr, əsr, məğrib və işa namazlarına aiddir. Belə ki, zöhr namazının son vaxtı əsr namazının başlama vaxtına qədərdir. Yəni, bir namazın vaxtı bitdikdə digər namazın vaxtı girmiş olur. Əsrin vaxtı bitdikdə məğribin, məğribin vaxtı bitdikdə isə işa namazının vaxtı girir. 

Hər dəfə namaz qıldıqdan sonra sükür səcdəsi etmək düzgündürmü?

    18.05.2014
Sual: 
Salam aleykum. Men her namazdan sonra shukur secdesi edirem. Sadece namazi bitiren kimi secde ederek shukren lilleh (3 defe) deyirem. Qalxib hemd sureni oxumadan, rukuya getmeden edirem. Bele etmek duzgundurmu?
Cavab: 

Aleykum salam. Hər dəfə namaz qıldıqdan sonra şükür səcdəsi etmək düzgün deyildir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) sevindirici bir hadisə baş ve­rəndə Uca Allaha şükür əlaməti olaraq səcdə edərdi.

Pages