Nəyə görə suallarda geniş cavab xahiş olunan məsələlərə qısa cavab verirsiniz?
Aleykum salam. Cavabı buradan oxuyun: Siz niyə suallara qısa, təfsilatsız və adətən dəlilsiz cavab verirsiniz?
Maraq üçün falçıya gedib baxdırmaq olarmı?
Aleykum salam.
El misallarının din ilə əlaqəsi var?
Aleykum salam. "İt hürər, karvan keçər" deyimində heç bir problem yoxdur. Çünki bu bir bənzətmədir və bunun mənası doğrudur. Yəni bu o deməkdir ki, insan doğru yoldadırsa, dil uzadanların ona heç bir zərəri olmaz.
El arasında olan bu misalların din ilə bir bağlılığı varmı?
Aleykum salam. Xalqımızın tarixi kökü, adət-ənənəsi, folkloru, klassik ədəbiyyatımız İslam dini ilə sıx bağlıdır. Heç təsadüfi deyildir ki, Azərbaycanın adı hədis kitablarında qeyd olunur. Həmçinin, atalar sözləri və deyimlərimizdə İslami dəyərlər öz əksini tapmışdır.
Mən Belarusiyada oxuyuram. Burada ət və ət məhsulları yeyə bilərəmmi?
Aleykum salam. Uca Allah Kitab əhlinin (xristian və yəhudilərin) yeməklərini müsəlmanlara halal buyurmuşdur. Allah Təala buyurur: "Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz də kitab əhlinə halaldır". (əl-Maidə, 5).
Yuxuda seyyid görmək nə anlama gəlir?
Aleykum salam. Yuxu gördükdə onu mütləq yozmaq şərt deyildir. Yəni bu insanlardan tələb olunmur. Yaxşı yuxu gördükdə sevinmək və Uca Allaha həmd etmək lazımdır.
Ramazan ayında qurban kəsmək günahdır, yoxsa savab?
Aleykum salam. Hər bir vaxt Allah üçün qurban kəsmək savab əməllərdən sayılır. Ramazan ayında qurban kəsmək isə daha böyük savabdır. Ümumiyyətlə, Ramazan ayında xeyirxah işləri artırmaq lazımdır. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir: "Allahın elçisi insanların ən səxavətlisi idi.
Əmi və dayı qadın üçün məhrəm sayılırmı?
Aleykum salam. Əmi və dayı qadın üçün məhrəmdir və onların yanında hicabı aça bilər. Daha ətraflı: Kimlərin yanında hicabsız gəzmək olar?
Şükür səcdəsi necə olur?
Aleykum salam. Şükür səcdəsi haqqında rəvayət edilir ki, "Peyğəmbər (səllallahu aleyhi və səlləm) onu sevindirən yaxud sevindirici bir hadisə baş verəndə xeyirxah və uca Allaha şükür əlaməti olaraq səcdə edərdi".