Nuh haqqında surə

    17.05.2014

Nuh surəsi, 28 ayədən ibarətdir. Məkkədə nazil olmuşdur. Bu surə bütövlükdə Nuh və onun qövmü haqqındadır. Nuh peyğəmbər Adəmdən min il sonra göndərilən Allahın elçisidir. Nuh peyğəmbərin doqquz yüz əlli il peyğəmbərlik etməsinə baxmayaraq qövmünün az bir qismi onun çağırışını qəbul etmişdir. Uca Allah onu iman gətirənlərlə birlikdə xilas etmiş, inadkar kafirləri isə suya qərq etmişdir. Uca Allah buyurur:
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

İslamı öyrənmək üçün hansı kitabları oxumağı məsləhət görürsünüz?

    17.05.2014
Sual: 
Salam aleykum. Mene zehmet olmasa dinimizi oyrenmekle bagli kitablar deye bilersiniz? Yeni islamin tarixi dinimizi oyrenmek uchun deqiq sehih kitablar. Men dinimizle bagli her sheyi bilmek istiyirem. Azda olsa indiden chox sag olun! Allah razi olsun!
Cavab: 

Aleykuma salam. Dini öyrənmək üçün kitablar olduqca çoxdur. İlk növbədə Qurani Kərimin tərcüməsini, sonra isə doğru İslam əqidəsinə dair kitablar oxumaq lazımdır. 

"Müsəlmanın qalası" kitabçasının elektron variantını haradan əldə edə bilərəm?

    17.05.2014
Sual: 
Salam aleykum. Mene "Müsəlmanın qalası (dua və zikrlər)" kitabchasinin erebce (yeni ereb herfleriyle) -azerbaycanca elektron versiyasi lazimdir.
Cavab: 

Aleykum salam. Həmin kitabçanın ərəb-azərbaycan variantını internetdə axtarış verərək tapa bilərsiniz. Bu saytda olan yalnız azərbaycan variantıdır. 

Təcvid nə deməkdir?

    17.05.2014
Sual: 
Salam aleykum. Quranı təcvidlə oxumaq nə deməkdir? Ümumiyyətlə təcvid sözü nə deməkdir?
Cavab: 

Aleykum salam. Təcvid sözü yaxşılaşdırmaq, gözəlləşdirmək deməkdir. Təcvid - Qurani Kərimi gözəl tərzdə hər bir hərfin haqqını verərək və qaydalara düzgün şəkildə riayət edərək aramla oxumaqdır. Uca Allah buyurur: "Ey (libasına) bürünüb örtünmüş (peyğəmbər)!

Namazı qılıb qurtardıqdan sonra xatırlamışam ki, qüslsuz qılmışam

    17.05.2014
Sual: 
Salam aleykum. Subh namazini qusl almadan qilmisham. Yeni yadimdan chixib. Qilib qurtarandan sonra yadima dushdu ki, qusul almamish qilmisham. Namazım batildirmi?
Cavab: 

Aleykum salam. Əgər namazı qılıb qurtardıqdan sonra xatırlamısınızsa, dərhal qüsl alıb yenidən namaz qılmaq lazım idi. Artıq üstündən xeyli bir vaxt keçibsə, tövsiyə olunur ki, bu cür etməyi bir daha təkrarlamayasınız. İnşallah namazınız qəbul olunar, çünki bu bilərəkdən baş verməmişdir.

Zinakar kişinin və ya qadının körpəsinə baxmaq günahdırmı?

    16.05.2014
Sual: 
Salam aleykum. Sualima gore sizden chox uzr istiyirem. Bu menim uchun chox maraqli ve vacibdir. Zinakar kishinin ve yaxud qadinin korpesine baxmaq gunahdirmi? Allah size komek olsun! Amin!
Cavab: 

Aleykum salam. Körpə uşağa baxmaq, onun qayğısına qalmaq savab əməllərdəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: "Yerdəkilərə rəhm edin ki, səmada olan da sizə rəhm etsin!" 
 

Bayram namazı necə qılınır?

    16.05.2014
Sual: 
Salam aleykum. Bayram namazi nece qilinir?
Cavab: 

Aleykum salam. Müsəlmanların iki bayramı vardır: Ramazan və Qurban bayramı. Bayram namazı camaatla qılınan iki rükətli namazdır. Birinci rükətdə ihram təkbirindən (namazda ilk açılış təkbirindən) sonra qiraətdən əvvəl 7- dəfə təkbir edilir ("Allahu Əkbər" deyilir).

Pages