İbrahim peyğəmbərin əhvalatı

    27.07.2014

Uca Allah buyurur: "Onlara İbrahimin əhvalatını da oxu. Bir zaman o öz atasına və tayfasına: "Nəyə ibadət edirsiniz?"– demişdi.
Onlar dedilər: "Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik".
O dedi: "Onlara yalvardığınız zaman sizi eşidirlərmi? Yaxud sizə xeyir və ya zərər verirlərmi?"
Onlar dedilər: "Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük".

Cənnətə və Cəhənnəmə gedən zümrələr

    27.07.2014

Uca Allah buyurur: Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar. Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməllər yazılmış kitab hər kəsin qarşısına qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir. Hər kəsə öz əməlinin əvəzi tam veriləcəkdir. Allah onların nə etdiklərini yaxşı bilir.

Yada sal!

    27.07.2014

"Lutu da yada sal! Biz ona hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, pozğun bir qövm idilər. Biz onu Öz mərhəmətimizə qovuşdurduq. O, həqiqətən, əməlisalehlərdən idi.
Nuhu da yada sal! Daha öncə o dua etmişdi. Biz onun duasını qəbul etmiş, onu və onun ailəsini böyük qəm-qüssədən qurtarmışdıq! Biz onu ayələrimizi yalan hesab edən adamlardan müdafiə etdik. Doğrudan da onlar pis adamlar idilər. Odur ki, Biz onların hamısını suya batırdıq.

Ey Adəm oğulları!

    27.07.2014

Uca Allah buyurur: "Biz sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Necə də az şükür edirsiniz!
Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: "Adəmə səcdə edin!"– dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.
Allah dedi: "Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?" İblis dedi: "Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!"
Allah dedi: "Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlardansan".

“Sirrin sahibi” ləqəbli səhabə

    27.07.2014

Huzeyfə ibn Yəmən ibn Cabir əl-Əbsi Peyğəmbərin məşhur səhabəsidir. “Sirrin sahibi” ləqəbi ilə tanınmışdır. Peyğəmbər - sallallahu aleyhi və səlləm - münafiqlərin adlarını yalnız ona bildirmişdi. O, hicrətin 36-cı ilində, Osman ibn Əffanın vəfatından qırx gecə sonra vəfat etmişdir. Huzeyfənin fəzilətinə dair rəvayət edilir ki, İbrahim demişdir: “Bir dəfə Əlqəmə Şama getdi və məscidə daxil olub: “Allahım, mənə əməlisaleh bir həmsöhbət yetir!”– dedi, sonra da gedib Əbu Dərdanın yanında oturdu.
Əbu Dərda ondan: “Kimlərdənsən?”– deyə soruşdu.

Təvazökarlıq haqqında

    27.07.2014

 
Uca Allah insanlara təvazökar olmağı buyurur. Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: “Allah mənə vəhy etdi ki, bir-birinizə qarşı təvazökar olun, bir-birinizə təcavüz etməyin və bir-birinizin yanında lovğalanmayın”. (Əbu Davud, 4250).
Uca Allah Onun xatirinə təvazökar olanları ucaldacağını vəd edir. Ömər demişdir: “Peyğəmbər ovcunu yerə tərəf yaxınlaşdıraraq dedi: “Uca Allah buyurur: “Mənim üçün bu cür təvazökar olanı Mən belə ucaldaram”. Pey­ğəmbər bunu deyərək ovcunu səmaya qaldırdı”. 

"Vay halına!" sözü nə deməkdir?

    27.07.2014

“Veyl” sözü Uca Allahın əmrlərinə qarşı çıxanlara və Onun qadağalarına məhəl qoymayanlara xəbərdarlığıdır. Uca Allah Qurani Kərimin bir çox ayələrində Allaha şərik qoşan müşrikləri, inadkar zalımları, Axirəti inkar edənləri, Quranı yalan sayanları  “Vay halına” deyərək Cəhənnəmin ağrılı-acılı əzabı ilə qorxudur. Uca Allah buyurur:
Uca Allah buyurur: “De: "Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Ona tərəf doğru yol tutun və Ondan bağışlanmağınızı diləyin. Vay müşriklərin halına!” (Fussilət, 6).

Cənnətin qapıları

    26.07.2014

Cənnətin səkkiz qapısı vardır. Peyğəmbər - sallallahu aleyhi və səlləm - de­mişdir: “Hər kim Allahdan başqa həqiqi məbudun olmadığına, Onun Tək olduğuna, Muhəm­mədin Onun qulu və elçisi olduğuna, İsanın Allahın qulu, kənizinin oğlu, Məryəmə göndərdiyi kəlməsi və ruhundan olduğuna, Cənnətin haqq, Cəhənnəmin də haqq olduğu­na şahidlik etsə, Allah Cənnətin səkkiz qapısından dilədiyi ilə onu Cənnətə daxil edər”. (Muslim, 140).

Vacib buyurulanları yerinə yetirən mütləq Cənnətə girəcək

    26.07.2014

Ənəs ibn Malik demişdir: “Bizə Pey­ğəmbərdən - ona və ailəsinə Allahın salavatı və salamı olsun - hər hansı bir şey haqqında (heç bir zərurət olmadan yersiz) sual vermək qadağan edilmişdir. Odur ki, bədəvilərdən ağıllı bir adamın gəlib qulağımız eşidə-eşidə Peyğəmbərə sual ver­mə­si bizə xoş gəlirdi. Bir dəfə bir bədəvi gəlib dedi: “Ey Muhəmməd! Gön­dər­diyin adam yanı­mıza gəldi və söylədi ki, guya sən, Allahın səni insanlara elçi göndər­diyi­ni deyir­sən?” Peyğəmbər: “O, doğru söyləmişdir”– dedi. Adam soruşdu:
– Göyü yaradan kimdir?
– Allahdır!

Pages