Yaxşılıq gözəl əxlaqdır
Əxlaq - insanın daxili görünüşüdür. İnsanın zahiri görünüşü olduğu kimi daxili görünüşü də vardır. İnsanın görünüşü yaxşı və pis olduğu kimi onun əxlaqı da gözəl və pis ola bilir. Gözəl əxlaq dedikdə Qurani Kərimdə və Peyğəmbərin səhih hədislərində buyurulan bütün yaxşı keyfiyyətlər və əməllər nəzərdə tutulur. Pis əxlaq dedikdə isə Allahın və Onun rəsulunun qadağan etdiyi bütün günahlar nəzərdə tutulur. Nəvvas ibn Səman əl-Ənsari demişdir: “Allah Elçisindən salləllahu aleyhi və səlləm yaxşılıq və günah barəsində soruşdum. O buyurdu: “Yaxşılıq gözəl əxlaqdır.