nəsihətlər

Paxıllıq etməyin!

    13.04.2015

Paxıllıq etmək başqasının üstünlüyünə, xoşbəxtliyinə və ya uğuruna dilxor olmaq, gözügötürməməkdir. Paxıl o şəxsdir ki, həsəd apardığı insana ve­ri­lən nemətin puç olma­ğını istəyir və bunun üçün də əlindən gələn im­kan­lardan istifadə edərək səy göstərir. Bəd­nəzərlər də buna aid­dir. Belə ki, bədnə­zərlik xəbis nəfsli, şər təbiətli paxılın əmə­lin­dən­ irəli gəlir. Paxıl adam Allahın başqasına nemət verməsinə nifrət edir və bunun qarşısının alınmasını arzulayır, beləliklə də, Allaha asilik etmiş olur. Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Zənn etməkdən çəkinin!

Malınızdan Allah yolunda xərcləyin

    30.03.2015

Uca Allah buyurur: "Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatəedəndir, Biləndir.
Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin, Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir.

İçki içməyin günahı

    14.03.2015

İçki içmək böyük günahdır və bütün pisliklərin başlanğıcıdır. İçki ağlı aparır, malı israf edir, xəstəliklərə səbəb olur və insanı hörmətdən salır. İçki insanlar arasında düşmənçilik yaradır, Allahı xatırlamağı unutdurur, zinaya (ailədən kənar cinsi əlaqə) sövq edir, hətta qətlə səbəb olur. İçkili insanlar asanlıqla Allahın hədlərini aşırlar. İçki nəticəsində neçə-neçə ailələr dağılmış, varlı adamlar müflis olmuş, evlərdən bərəkət getmiş, əvəzinə bəla və müsibət gəlmişdir.

Mal-dövlətin xeyri və şəri

    05.03.2015

Rəvayət edilir ki, Əbu Səid əl-Xudri demişdir: “Bir dəfə Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - minbərdə oturdu və biz də onun ətrafında oturduq. Peyğəmbər buyurdu: “Mən bu dünyadan köçəndən sonra sizin üçün ən çox qorxduğum şeylərdən biri dün­yanın zövqü-səfa və bər-bəzək qapılarının sizin üzünüzə açılma­sıdır.”
Bir nəfər soruşdu: “Ey Allahın elçisi, xeyirli bir şey özü ilə şər gətirə bilərmi?” Peyğəmbər susdu.

Malik ibn Dinarın yuxusu

    14.02.2015

Malik ibn Dinar məşhur tabiinlərdən (Peyğəmbər - Ona Allahın salavatı və salamı olsun - və onun səhabələrindən sonrakı nəsil) olmuşdur. O öz əxlaqı və Allaha itaəti ilə seçilən, insanlara Allahın və Onun elçisinin hökmlərini öyrədən fəzilətli insan idi. O, Hindistanda İslamın yayılmasında böyük rol oynamış və orada ilk məscidi tikmişdir. Bir gün o, öz keçmişi və necə tövbə etməsi haqqında danışaraq demişdi:

İmanı artırmaq üçün nə etmək lazımdır?

    28.12.2014

İmanın azalması problemi müsəlmanlar arasında geniş yayılmışdır və tez-tez bu cür şikayətlər edilir: "ibadəti həvəssiz edirəm", "günahdan əl çəkə bilmirəm", "dua edə bilmirəm" və s. Bu problem qəlblə bağlıdır, "qəlb" sözü isə ərəb dilində "təqallub" ("dəyişmə") sözündən götürülmüşdür. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qəlbin qəlb adlandırılmasının səbəbi çox dəyişkən olmasıdır (təqallub). Qəlbin məsəli ağaca ilişib qalmış quş lələyinin məsəli kimidir. Külək onu ora-bura çevirir". (Əhməd, 4/408).

Səndən yemək istədim

    19.11.2014

Allah Elçisi - salləllahu aleyhi və səlləm - dedi: “(Qiyamət günü) Allah öz quluna buyuracaq: “Səndən yemək istədim, Mənə yemək vermədin”. Qul deyəcək: “Ey Rəbbim! Sən aləmlərin Rəbbi ola-ola necə ola bilər ki, məndən yemək istəyəsən, mən də Sənə yemək verməyim?” Allah buyuracaq: “Məgər bilmirsən ki, filan qulum səndən yemək istəmiş, sən də ona yemək verməmişdin? Məgər bilmirdin ki, əgər onu yedirtsəydin, bunun mükafatını Mənim yanımda tapacaq­dın?” Yenə buyuracaq:

Allahdan qorx, səbirli ol və tələsmə!

    30.10.2014

Həsən əl-Bəsri rəvayət edir ki, bir kişi vəfat etdi və özündən sonra oğlunu və azad etdiyi köləsini qoyub getdi. Ölərkən azad etdiyi köləsinə oğluna baxmasını vəsiyyət etdi. Uşaq həddi-buluğa çatanadək kölə əlindən gələni əsirgəmədi - ona yaxşı baxdı, sonra da onu (öz qızı və ya bacısı ilə) evləndirdi. Bir müddətdən sonra o gənc həmin adama: “Mənim üçün hazırlıq gör, elm dalınca gedəcəyəm!”- dedi. O da onun üçün hazırlıq gördü.

Allahın əmr etdiyi beş kəlmə

    19.10.2014

Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Həqiqətən, Allah Zəkəriyyə peyğəmbərin oğlu Yəhyəyə beş kəlməni əmr etdi. O, həm özü bunlara əməl etməli, həm də İsrail oğullarını da bunlara əməl etməyi əmr etməli idi. O, bu işi gorməkdə tələsmirdi. Allah İsaya belə vəhy etdi: “Bu əmrləri ya o, ya da sən çatdır!” İsa Yəhyənin yanına gəlib dedi: “Sənə beş əmr verilmişdir. Onlara həm özün əməl etməli, həm də İsrail oğullarına əmr etməlisən. Bu kəlmələri onlara ya sən çatdır, ya da mən çatdırım”. Yəhyə ona dedi: “Ey Ruhullah!

Ya Rəbb!

    16.10.2014

Allahın elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Musa Rəbbindən altı xislət barəsində soruşdu. O güman edirdi ki, bu xislətlər ona aiddir. Yeddinci xisləti isə o sevmirdi. Musa soruşdu: “Ya Rəbb! Hansı qulun ən təqvalıdır?” Allah buyurdu: “Məni zikr edən və Məni unutmayan”. Musa soruşdu: “Ya Rəbb! Hansı qulun ən doğru yoldadır?” Allah buyurdu: “Doğru yol göstəricisinə tabe olan”. Musa soruşdu: “Ya Rəbb! Hansı qulun ən ədalətli hökm verəndir?” Allah buyurdu: “İnsanlar arasında, özünə hökm verdiyi kimi hökm verən”. Musa soruşdu: “Ya Rəbb!

Pages