nəsihətlər

Peyğəmbərin nəsihətləri

    18.11.2013

İbn Abbas demişdir: “Bir gün Allah Elçisi - salləllahu aleyhi və səlləm - mənə buyurdu: “Oğul, gəl sənə bəzi şeyləri öyrədim. Allahı qoru, Allah da səni qorusun. Allahı qorusan, Onu qarşında taparsan. İstədikdə, yalnız Allahdan istə, kömək dilədikdə, yalnız Allahdan kömək dilə. Bil ki, insanlar sənə fayda vermək üçün bir yerə toplansalar belə, sənə Allahın yazdığından başqa bir fayda verə bilməzlər. Həmçinin sənə zərər vermək üçün bir yerə toplansalar belə, sənə Allahın yazdığından başqa bir zərər verə bilməzlər.

Budur onların misalı

    14.11.2013

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Müsəlmanların, yəhudilərin və nəsranilərin misalı, müəyyən zəhmət haqqı müqabilində səhərdən gecəyə qədər işlərini görəcək işçilər tutmuş bir nəfərin misalı kimidir. Onlar günortayadək onun üçün işlədikdən sonra dedilər: “Sənin bizə vəd etdiyin zəhmət haqqına ehtiyacımız yoxdur. Qoy etdiklərimiz də heç olsun.” Adam onlara: “Belə etməyin! Qalan işinizi tamamlayın və zəhmət haqqınızı tam olaraq alın”– dedi. Onlar isə bundan imtina etdilər və onu tərk edib getdilər.

Ya Allah!

    23.10.2013

Küləklər əsdikdə, dəniz dalğalandıqda, gəmidə olanlar çağırır: Ya Allah! Səhrada yol azdıqda, karvan çətinliyə düşdükdə, yolçular çağırır: Ya Allah! Müsibət gəldikdə, bədbəxtlik üz verdikdə, mübtəla olan çağırır: Ya Allah! İstəyənlərin üzünə bütün qapılar bağlandıqda, üzlər qaraldıqda, onlar çağırır: Ya Allah! Taqət qalmadıqda, çıxış yolu tapmadıqda, iplər kəsilib ümidlər üzüldükdə, onlar çağırır: Ya Allah! Yer üzü öz genişliyinə baxmayaraq dar gəldikdə, ürəklər tıncıxıb kədərdən sıxıldıqda, onlar çağırır: Ya Allah!

Pages