nəsihətlər

Ey Adəm oğlu!

    17.03.2020

Şureyh demişdir: “Mən bir səhabənin Peyğəmbərdən salləllahu aleyhi və səlləm belə rəvayət etdiyini eşitdim: “Uca Allah buyurur:
“Ey Adəm oğlu! Mənə doğru ayağa qalx, Mən də sənə doğru yeriyərək gəlim. Mənə doğru yeriyərək gəl, Mən də sənə doğru yüyürərək gəlim”.

"əs-Saff" surəsinin izahı

    26.10.2019

əs-Saff (Səf) surəsinin izahı. Bu surənin nazil olması haqda rəvayət edilir ki, Abdullah ibn Səlam demişdir: “Biz səhabələrdən olan bir camaat: “Hansı əməlin Allah üçün daha sevimli olduğunu bilsəydik, onu edərdik!”– deyərək bəzi əməllərdən danışırdıq. Bu səbəblə: “Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Ey iman gətirən­lər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız?

Təqva dinin qayəsidir

    11.10.2018

Təqva sözü qorunma, çəkinmə deməkdir. Təqva insanın özü ilə qorxub çəkindiyi şey arasında onu qoruyacaq bir maneə qoymasıdır. Təqva savabını Allahdan umaraq Onun əmrlərini yerinə yetirmək və Allahın əzabından qorxaraq Onun qadağan etdiyi şeylərdən çəkinməkdir. 

Nəmmamlıq etmək böyük günahdır

    26.02.2018

Nəmmamlıq etmək insanlar arasında fitnə-fəsad törətmək məqsədi ilə birinin sözünü digərinə çatdırmağa deyilir. Nəmmamlıq etmək böyük günahdır. Uca Allah buyurur:
 “İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara” (əl-Qələm surəsi, 10-11-ci ayələr). 
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Söz gəzdirən adam Cənnətə girməz!” (Səhih əl-Buxari, 6056).

Borcunu Allaha həvalə edən kişinin əhvalatı

    16.12.2016

Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər demişdir: "(Bir gün) İsrail oğullarından olan bir kişi İsrail oğullarından olan bir nəfərdən min dinar borc istədi. Borc verən şəxs: "Şahidlərini gətir!"- dedi. O da: "Şahid olaraq Allah kifayət edər!"- deyə cavab verdi. Borc verən şəxs dedi: "Onda zamin gətir!" O da: "Zamin olaraq da Allah kifayət edər!"- deyə cavab verdi. Borc verən şəxs: "Sən doğru söylədin”- dedi və müəyyən bir müddətədək ona min dinar borc verdi. O, pulları götürüb dənizlə səfərə çıxdı.

Yağış yağarkən dua edin!

    17.09.2016

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) yağış yağan vaxtın duaların ən çox qəbul olunduğu vaxtlardan biri olduğunu bildirərək demişdir: "İki dua vardır ki, geri qaytarılmaz: Azan verilərkən və yağış yağarkən". (Əbu Davud, 2540).

Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) yağış vaxtı həmçinin bu duaları da etmişdir:
[Allahummə sayyibən nafian]
«Allahım! (Bu yağışı) bol, faydalı et!» («Fəthul-Bari», 2/518)

Ey Mənim qullarım!

    09.07.2016

Uca Allah ən kamil sifətlərə sahibdir. O, əzəmətli Ərşin Sahibi, bəndələrinin üzərində tək Hökmdar və ən ədalətli Hakimdir. O, adil bəndələrini sevər, zülmü və zalımları əsla sevməz. O, zalımlara möhlət verər, onlara əzab verməyə tələsməz, çünki, O, bəndələrini əfv etməyi və əfv edənləri sevər. Onun rizasını qazanan kəslər adil olanlar, əfv edənlər və mərhəmətli olanlardır. Peyğəmbərimiz - salləllahu aleyhi və səlləm - məşhur qüdsi hədisdə demişdir: “Uca Allah belə buyurdu: “Ey Mənim qullarım! Mən zülm etməyi Özümə haram saydım və sizin aranızda da onu haram etdim.

İsa peyğəmbərin hikmətli kəlamları

    15.05.2016
İsa peyğəmbərin su üzərində gəzməsi

İsa ibn Məryəm (ona Allahın salamı olsun) buyurmuşdur:

“Dünya həyatının kiçik olmasına baxmayaraq onun üçün çalışırsınız. Axirət həyatının böyük olmasına baxmayaraq onu tərk edirsiniz. Lakin, hamınıza ölüm gələcəkdir”. (İbn Əbud-Dunyə “əz-Zuhd” 275).

“Həqiqətən, bu gecə və gündüz iki xəzinədir, elə isə onlarda nəyi tələf etdiyinizə nəzər salın!” Həmçinin, belə deyərdi: “Gecə nə üçün yaradılmışdırsa, ona uyğun əməl, gündüz nə üçün yaradılmışdırsa, ona uyğun əməl edin!” (İbn Əbud-Dunya “əz-Zuhd” 423).

Yalan danışmaqdan çəkinin!

    04.05.2016

Yalan danışmaq böyük günahdır. Uca Allah buyurur: “Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin” (əl-Həcc, 30).
Əbu Bəkrə rəvayət edir ki, Peyğəm­bər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - üç dəfə: “Sizə günahların ən böyük­ləri barədə xəbər verimmi?”– deyə soruşdu. Səhabələr: “Bəli, ya Rə­sulallah!”– deyə cavab verdilər. Peyğəm­bər: “Allaha şə­rik qoşmaq, valideyn­lərin üzünə ağ olmaqdır, – deyib söy­kəndiyi yerdən qalxıb oturdu, və yalan söz danışmaqdır”– dedi”. (Sünən ət-Tirmizi).

Pages