Son məqalələr

Allahın buyurduğu on əmr

    19.07.2014

Uca Allah buyurur: “De: "Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum". Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız.

Peyğəmbərin gətirdiyi hidayətin məsəli

    15.07.2014

Əbu Musa rəvayət edir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - belə demişdir: “Allahın mənim va­si­təmlə göndərdiyi doğru yol göstəricisi (hidayət) və elm, torpağa düşən bol yağmura bən­zəyir. Bu torpağın bir qismi münbit olduğundan, suyu canına çəkib növ­bə­növ bitkilər və çoxlu otlar yetişdirir; bir qismi də quru olduğundan, suyu üs­tün­də saxlayır və Allah da onunla insanları faydalandırır.

Filankəsin baxçasını sula!

    15.07.2014

Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Bir kişi düzənlik bir yerdə dayanmışdı. Birdən göydəki bir buluddan belə bir səs gəldiyini eşitdi: “Filankəsin baxçasını sula!” və həmin bulud qara daşlı bir sahəyə yönələrək suyunu oraya boşaltdı. Orada olan arxlardan biri suyun hamısını özünə çəkdi. Kişi suyun ardınca gedərək gəlib bir kişinin bostanın içində əlindəki alətlə suyun yönünü dəyişdirdiyini gördü.
Kişi ondan: “Ey Allahın qulu, adın nədir?” deyə soruşdu.
O: “Filankəs” deyə buluddan eşitdiyi adı ona xəbər verdi.

Əbu Musa əl-Əşari kimdir?

    15.07.2014

Əbu Musa Abdullah ibn Qeys ibn Suleym əl-Əşari ət-Təmimi Peyğəmbərin səhabəsidir. O, İslam dinini Məkkədə qəbul etmişdir, sonra Həbəşistana hicrət etmiş və nəhayət, Xeybərin fəthindən üç gün sonra Peyğəmbərin yanına gəlmişdir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - onu Muaz ibn Cəbəl ilə birgə insanları İslama dəvət etmək üçün Yəmənə göndərmişdir. Ömərin xilafəti dövründə Bəsrənin, Osmanın dövründə isə Kufənin valisi olmuşdur. Əbu Musa hicrətin 42-ci ilində vəfat etmişdir. Əbu Musanın fəzilətinə dair neçə-neçə hədislər rəvayət edilmişdir.

Rəsulullahın üzüyünün vəsfi

    15.07.2014

Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Xosrova, Qeysərə və Nəcaşiyə məktub yazmaq istədikdə, ona: “Onlar yalnız üzərində möhür olan məktubları qəbul edirlər”– deyildi. Beləliklə də, Rəsulullah üçün qaşı da gümüşdən olan bir üzük hazırlandı. Onun üzərinə: “Muhəmmədun Rəsulullah” sözü həkk edilmişdi.” (Muslim, 2092).

Üç elçi göndərilmiş şəhər sakinlərinin əhvalatı

    11.07.2014

Allah təala buyurur: "Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək. O zaman onlara iki nəfər elçi göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüvvətləndirdik.
Elçilər: "Həqiqətən, biz sizə göndərilmiş elçilərik"– dedilər.
Onlar dedilər: "Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli Allah sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız".
Elçilər dedilər: "Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik. Bizim vəzifəmiz ancaq vəhy olunanı aşkar təbliğ etməkdir".

Ey xeyir istəyən, çalış! Ey şər istəyən, dayan!

    08.07.2014

Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: “Ramazan ayının ilk gecəsi girdikdə şeytanlar və üsyankar cinlər zəncirlənir, Cəhən­nə­min bütün qapıları bağlanaraq heç bir qapısı açılmır. Cənnətin bütün qapıları açılalaraq heç bir qapısı bağlanmır. Bir carçı belə səslənir: “Ey xeyir istəyən, çalış! Ey şər istəyən, dayan! Allahın oddan azad etdiyi kimsələr vardır və bu, hər gecə belədir”. (ət-Tirmizi, 682). 

Allahın nemətləri

    07.07.2014

Uca Allah buyurur: "Allah göyləri və yeri gerçək yaratmışdır. O, müşriklərin qoşduqları şəriklərdən ucadır. Allah insanı nütfədən yaratdı. O isə açıq-aşkar mübahisəçiyə çevrildi. Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik (bədəninizi isti saxlayan yun geyim) və başqa faydalar vardır. Həmçinin onlardan yeyirsiniz. Mal-qaranı axşam tövləyə qaytardıqda, səhər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz. Onlar yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir.

Habil və Qabilin əhvalatı

    06.07.2014

Habil və Qabil Adəm peyğəmbərin oğullarıdır. Qabil Habilə paxıllıq etdiyinə görə onu qətlə yetirdi. Bu, yer üzündə insanlar arasında baş verən ilk qətl hadisəsi idi. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Haqsız ye­rə qətlə yetirilən elə bir insan yoxdur ki, onun (axıdılmış) qanına görə (qa­za­nılmış günahdan) ilk Adəm oğluna bir pay çatmış olmasın. Çünki adam öldürməyin əsasını o qoymuşdur.” (əl-Buxari, 3335). Uca Allah Qurani Kərimdə bu haqda belə buyurur:  

Pages