Son məqalələr

Təkəbbürlük nədir?

    14.08.2014

Abdullah ibn Amr demişdir: “Biz Pey­ğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanında oturmuşduq. Bədəvilərdən olan bir kişi gəldi. Onun əynin­də yaşıl atlasdan bir cübbə var idi. O gəlib Pey­ğəmbərin başının üstdə durub dedi: “Sizin dostunuz hər bir adlı-sanlı adamı alçaldır, yaxud hər bir adlı-sanlı adamı alçaltmaq istəyir və hər bir çobanı ucaldır”.

Dində həddinizi aşmaqdan çəkinin!

    13.08.2014

Dində həddi aşmaq Allahın insanlar üçün qoyduğu hüdudları aşmağa deyilir. Uca Allah dində həddi aşmağı qadağan etmişdir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Həddinizi aşmaqdan çəkinin! Şübhəsiz, sizdən öncəkiləri həlak edən dinlərində həddi aşmaları olmuşdur.”
Peyğəmbər demişdir: “Nəsranilər Məryəm oğlunu şişirtdikləri kimi siz də məni şişirtməyin, mən sadəcə Allahın qulu və elçisiyəm.” (Səhih əl-Buxari, 3445).

"ət-Təkəsur" surəsinin izahı

    09.08.2014

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,
2. gömülməklə qəbirləri ziyarət etdiniz.
3. Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz!
4. Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz!
5. Xeyr! Kaş ki, yəqin biləydiniz.
6. Siz Cəhənnəmi mütləq görəcəksiniz!
7. Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!

Allahın "əl-Həyy" və "əl-Qayyum" adlarının mənası

    08.08.2014

Uca Allahın əl-Həyy adı Qurani-Kərimdə dörd dəfə, əl-Qəyyum adı isə üç dəfə zikr edilir. Uca Allah buyurur: “Allah, Ondan başqa ibadə layiq olan məbud yoxdur, ədi Yaşayandır (əl-Həyy), bütün yaratdıqlarının Qəyyumudur (əl-Qayyum) (əl-Bəqərə, 255). 
əl-Həyy kamil həyata sahib olandır. O, əzəli və əbədi olan, həmişə var olub əbədi Yaşayandır. Ondan başqa hər kəs ölümə məhkumdur. Uca Allah buyurur:

Səbir edənlərə müjdə ver!

    06.08.2014

Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157).

Allahın "ər-Rahmən" və "ər-Rahim" adlarının mənası

    06.08.2014

ər-Rahmən (Mərhəmətli) və ər-Rahim (Rəhmli) sözlərinin hər ikisinin də mənası mərhəmətli deməkdir. Lakin ər-Rahmən ər-Rahimdən daha geniş mənaya sahibdir. Onun mərhəməti dünyada bütün məxluqatı əhatə edir, Axirətdə isə yalnız möminlərə məxsus ediləcək. Ona görə də “ər-Rahmən dünya və axirətdə Mərhəmət edən, ər-Rahim isə axirətdə Rəhm edəndir” deyilir. Uca Allahın ər-Rahmən adı Qurani-Kərimdə 57 dəfə, ər-Rahim adı isə 114 dəfə qeyd olunur.

Pages