Son məqalələr

Allahın "ər-Razzaq" adının mənası

    17.12.2014

ər-Razzaq ruzini yaradan və bol ruzi verəndir. Məxluqa fayda verən hər bir şey ruzi adlanır. Allahın ər-Razzaq adı Qurani-Kərimdə bir dəfə zikr edilir. Uca Allah buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm. Həqiqətən, Allah ruzi verəndir (ər-Razzaq), qüvvət sahibidir, Mətindir” (əz-Zəriyət, 56-58).  

Allahın "əl-Xaliq" və "əl-Xalləq" adlarının mənası

    16.12.2014

əl-Xaliq sözü yoxdan yaradan deməkdir. Uca Allah buyurur: “Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də haqdan döndərilirsiniz!” (Fatir, 3).
Allahın əl-Xaliq adı Qurani-Kərimdə on bir dəfə zikr edilir. Uca Allah buyurur: "Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır" (əl-Ənam, 102).

Şeir haqqında

    12.12.2014

Peyğəmbər - sallallahu aleyhi və səlləm - şeir haqqında demişdir: “Şeir söz kimidir. Yaxşısı, yaxşı söz kimi, pisi də pis söz kimidir” (Ədəbul-Mufrəd, 865).
Digər hədisdə Peyğəmbər belə demişdir: “Şeirin bir qismi hikmətdir” (Səhih əl-Buxari, 6145).
Şeirin yaxşısı insanları haqqa və düz yola çağırır, pis olanı isə küfrü və günahları tərənnüm edir. Uca Allah Quranda haqq yoldan azmış şairləri belə vəsf edir:

İmam əl-Buxari kimdir?

    12.12.2014

Muhəmməd ibn İsmail əl-Buxari hicrətin 194-cü ilində şəvval ayının on biri cümə günü, Xərtənk adlı, Buxara şəhərinə yaxın bir kənddə dünyaya gəlmişdir. O, atasını tez itirmiş və erkən uşaqlıq çağında gözləri tutulmuş­dur. Bir müddət sonra anası yuxusunda İbrahim peyğəmbəri görmüş və ondan bu sözləri eşitmişdir: “Ey filankəs, sənin çoxsaylı dualarına görə Allah sənin oğluna gör­mə qabiliyyətini qaytardı.”

"əd-Duha" surəsinin izahı

    09.12.2014

Mərhəmətli və Rəhm edən Allahın adı ilə!
1. And olsun səhərə!
2. And olsun sakitləşən gecəyə!
3. Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu.
4. Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir.
5. Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan.
6. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?
7. Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?
8. Kasıb olduğun zaman səni varlandırmadımı?
9. Elə isə yetimə xor baxma!
10. Səndən kömək diləyəni qovma!

İnsan nə üçün yaradılıb?

    25.11.2014

Bəzi insanlar həyatın ancaq dünyadan ibarət olduğunu deməklə Allahın onları əbəs yerə yaratdığını düşünürlər. Uca Allah Quranda göyləri, yeri və canlıları səbəbsiz yerə yaratmadığını bildirmişdir: "Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?" (əl-Mu'minun, 115).
"Biz göyləri, yeri və onların arasında olanları ancaq bir həqiqət kimi və məlum bir zaman kəsimi üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər" (əl-Əhqaf, 3)

Quranın Allah sözü olmasının sübutları

    22.11.2014

Qurandakı elmi faktlar

İyirminci əsrdə müasir elm və texnologiyanın inkişafı sayəsində kəşf edilmiş bəzi elmi faktlar Quranda 14 əsr bundan qabaq xəbər verilmişdir. Onlardan bəziləri:
"Sonra nütfə halında möhkəm yerdə (ana bətnində) yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!" (əl-Muminun, 13-14)

Səndən yemək istədim

    19.11.2014

Allah Elçisi - salləllahu aleyhi və səlləm - dedi: “(Qiyamət günü) Allah öz quluna buyuracaq: “Səndən yemək istədim, Mənə yemək vermədin”. Qul deyəcək: “Ey Rəbbim! Sən aləmlərin Rəbbi ola-ola necə ola bilər ki, məndən yemək istəyəsən, mən də Sənə yemək verməyim?” Allah buyuracaq: “Məgər bilmirsən ki, filan qulum səndən yemək istəmiş, sən də ona yemək verməmişdin? Məgər bilmirdin ki, əgər onu yedirtsəydin, bunun mükafatını Mənim yanımda tapacaq­dın?” Yenə buyuracaq:

Pages