Son məqalələr

Halal ruzi axtarın!

    12.04.2015

Məxluqa fayda verən hər bir şey ruzi adlanır. Ruzini yaradan və bəndələrinə bəxş edən yalnız Allahdır. O, ruzini hər kəsə - həm sevdiyinə, həm də sevmədiyinə, həm güclüyə, həm də zəif olana verir. Uca Allah buyurur:
“Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır) (Hud, 6).

Allahın "əl-Varis" adının mənası

    10.04.2015

əl-Varis sözü varis olan deməkdir. Allahın əl-Varis adı Qurani-Kərimdə üç dəfə cəm halında zikr edilir. Uca Allah buyurur:
“Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və hər şeyə varis olan da (əl-Varisun) Bizik. Həqiqətən, sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik. Həqiqətən, Rəbbin onları bir yerə toplayacaq. Çünki O, Müdrikdir, Biləndir” (əl-Hicr, 23-25).

Allahın "əl-Vəhhab" adının mənası

    01.04.2015

əl-Vəhhab sözü çox bəxş edən, hədiyyə verən deməkdir. Allahın əl-Vəhhab adı Qurani-Kərimdə üç dəfə zikr edilir. Uca Allah buyurur: 
Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən (əl-Vəhhab)(Ali İmran, 8).
Həmçinin buyurur:

Malınızdan Allah yolunda xərcləyin

    30.03.2015

Uca Allah buyurur: "Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatəedəndir, Biləndir.
Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin, Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir.

İçki içməyin günahı

    14.03.2015

İçki içmək böyük günahdır və bütün pisliklərin başlanğıcıdır. İçki ağlı aparır, malı israf edir, xəstəliklərə səbəb olur və insanı hörmətdən salır. İçki insanlar arasında düşmənçilik yaradır, Allahı xatırlamağı unutdurur, zinaya (ailədən kənar cinsi əlaqə) sövq edir, hətta qətlə səbəb olur. İçkili insanlar asanlıqla Allahın hədlərini aşırlar. İçki nəticəsində neçə-neçə ailələr dağılmış, varlı adamlar müflis olmuş, evlərdən bərəkət getmiş, əvəzinə bəla və müsibət gəlmişdir.

Günəş haqqında

    07.03.2015

Uca Allah buyurur: “Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır” (əl-Əraf, 54).

“Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara belə izah edir” (Yunus, 5).

Pages