Son məqalələr

İslam fiqhi kitabını saytımızda oxuya bilərsiniz

    14.05.2015
Quran və səhih hədislərlə əsaslandırılmış İslam fiqhi kitabını artıq saytımızda oxuya bilərsiniz. Kitabda ibadət, ailə, ticarət və digər sahələrdə şəriət hökmləri toplanmışdır. Bu kitab müxtəsərliyi və mötəbər dəlillərə əsaslanması ilə digər oxşar əsərlərdən fərqlənir.
Müəllif: Əbdüləzim ibn Bədəvi əl-Xələfi
Tərcüməçi: Abdurrahim Muradlı
Redaktor: Ramil Həsənov

http://zikr.az/kitablar/islam-fiqhi

Haram qidalar

    08.05.2015

Qurani-Kərimdə və Peyğəmbərin səhih hədislərində haram olması buyurulan qidalardan başqa heç bir qida haram deyildir. Allahın halal buyurduğu qidanı haram saymaq böyük günahdır. Uca Allah buyurur:
“Dilinizin uydurduğu yalana əsasən: "Bu halaldır, o haramdır!"– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar” (ən-Nəhl, 116).

Allahın "əl-Afuvvu" adının mənası

    14.04.2015

əl-Afuvvu sözü əfv edən, günahdan keçən deməkdir. Allahın əl-Afuvvu adı Qurani-Kərimdə beş dəfə zikr edilir. Uca Allah buyurur:
“Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır" (ən-Nisə, 43).

Peyğəmbərin mirası

    13.04.2015

Rəvayət edilir ki, Amr ibn Haris demişdir: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - vəfat etdikdə nə bir dirhəm, nə bir dinar, nə bir kölə, nə bir kəniz, nə də başqa bir şey qoyub getmişdir. Qoyub getdiyi ancaq ağ qatır, silahı və sədəqə verdiyi torpaq olmuşdur.” (əl-Buxari, 2739).
Aişə rəvayət edir ki, Rəsulullah demişdir: “Biz peyğəmbərlər miras qoymuruq, qoyub getdiyimiz nə varsa, hamısı sədəqədir.” (əl-Buxari, 3810).

Allahın "əl-Əhəd" və "əl-Vahid" adlarının mənası

    13.04.2015

əl-Əhəd sözü tək olan, əl-Vahid sözü isə sayca bir olan deməkdir. Allahın əl-Əhəd adı Qurani-Kərimdə bir dəfə əl-İxlas surəsində zikr edilir. Uca Allah buyurur: “De: “O Allah Təkdir (əl-Əhəd)!” (əl-İxlas, 1).
Allahın əl-Vahid adı isə Qurani-Kərimdə iyirmi iki dəfə zikr edilir. Uca Allah buyurur: “Sizin məbudunuz Tək olan (Vahid) İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir” (əl-Bəqərə, 163).

Paxıllıq etməyin!

    13.04.2015

Paxıllıq etmək başqasının üstünlüyünə, xoşbəxtliyinə və ya uğuruna dilxor olmaq, gözügötürməməkdir. Paxıl o şəxsdir ki, həsəd apardığı insana ve­ri­lən nemətin puç olma­ğını istəyir və bunun üçün də əlindən gələn im­kan­lardan istifadə edərək səy göstərir. Bəd­nəzərlər də buna aid­dir. Belə ki, bədnə­zərlik xəbis nəfsli, şər təbiətli paxılın əmə­lin­dən­ irəli gəlir. Paxıl adam Allahın başqasına nemət verməsinə nifrət edir və bunun qarşısının alınmasını arzulayır, beləliklə də, Allaha asilik etmiş olur. Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Zənn etməkdən çəkinin!

Sehrbazların oyunu

    13.04.2015

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allah göydə bir iş ba­rəsində qərar verdiyi zaman mələklər Onun əmrinə müntəzir olduqlarını bil­dirərək qanadlarını çarpırlar və bu vaxt elə bir səs gəlir ki, sanki bir to­pa zənciri qayaya çırpırlar. Nəhayət, “mələklərin qəlbindən qorxu keçib getdikdə onlar: “Rəb­biniz nə buyurdu?”– deyə soruşur­lar...” (Səba surəsi, 23).
Onlara belə cavab verilir: “Haqqı buyurdu! O, Ucadır, Bö­yük­dür!” (Səba surəsi, 23).

Pages