Əbu Hureyra ən çox hədis rəvayət edən səhabədir
Əbu Hureyra Abdur-Rəhman ibn Səxr əd-Dovsi əl-Yəməni Peyğəmbərin məşhur səhabəsidir. Əbu Hureyra kəlməsi “pişikcığaz atası” deməkdir. Əgər biz onun adı ilə ləqəbini müqayisə etsək, görərik ki, Abdur-Rəhman yəni, ər-Rəhmanın qulu, Allahın ən çox sevdiyi adlardan biridir, Əbu Hureyra isə qəribə bir ləqəbdir. Lakin buna baxmayaraq Uca Allah onu insanlara məhz bu ləqəblə tanıtmış və sevdirmişdır. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - onun üçün belə dua etmişdir: “Allahım, bu iki qulunu: Əbu Hureyranı və onun anasını insanlara sevdir!” (Ədəbul-Mufrəd, 34).