Peyğəmbərin meracı
İsra gecə vaxtı səyahət etməyə deyilir. İsra Rəsulullahın bir gecədə Məkkədəki Məscidul-Həramdan Yerusəlimdəki Beytul-Məqdisə gedib həmin gecə də geri qayıtması nəzərdə tutulur. İsra Uca Allahın hicrətdən öncə Peyğəmbəri bir gecədə Məscidul-Həramdan Məscidul-Əqsaya Buraq adlı miniyin üzərində Cəbrailin müşayiəti ilə aparması sayəsində ona bəxş etdiyi böyük bir möcüzədir.