Namaz haqda vəsvəsələrdən necə xilas ola bilərəm?

    17.11.2016
Kimdən: 
Rüstəm
Sual: 
Allahın Salamı olsun sizlərə. Sual1)Mən şiə namazı qılıram,əlbəttə hər qılınan namaz doğru sayılar təki Allaha ibadət edəsən,mənim ürəyimdə şübhə var sünni namazl da qılmışam camaat ilə və bir ara qılmışam özüm.Doğrusun sünni namazında görürəm,və içində şübhə var.Bunu necə aeadan qaldıra bilərəm,nə etməliyəm? Sual2)Vəsvəsələrdən çox yoruluram.Hətta bəlkə namaz qılmayım vəsvəsələrdən qurtulum fryə düşünmüşəm içimdə.Ama könlüm buna razı olmur çünki çox yaxşı bilitəm bu lənətlənmişin işidi.Çoc üzr istəyirəm artıq 2gündür ki,yuxuda cünub oluram və məcbur qusl alıram,yuxuda bezirəm belə halların baş verməsindən.Nə edim ki,belə hallar olmasın,həm də ehtiyat edirəm davamlı çimdiyimə görə xstlnrm
Cavab: 

Va aleykum Salam.

1. Şübhə dəlil ilə aradan qalxır. İslam dinində isə dəlil əsasən Quran və Sünnədir. Siz Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) namaz qıldığı kimi namaz qılın. Bunu da səhih hədislərdən bilmək olur. Daha ətraflı:
Namaz qılmaq qaydası - VİDEO
Namazda əlləri necə tutmaq lazımdır?
Şiə və sünni nədir və bunların hansı düzgündür?

2. Qüsla düşdükdə suyu qızdırmaq imkanı olmadığına görə xəstələnməyinizdən qorxursunuzsa, təyəmmüm edə bilərsiniz. Daha ətraflı:
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?

Paylaş: