Şərait olmadığı üçün namazı tərk etmək böyük günahdırmı?

    18.11.2016
Kimdən: 
Günahkar
Sual: 
Salam aleykum.mən namaz qılıram.ailəliyəm.qaynanamgillə bir qalırıq şəraitimiz yoxdu.yəni soyuq aylarda qusl dəsdəmaz almaq mənə olduqca çətin olur.həmdə evdə məndən başqa namaz qılan olmadıgı üçün qusl almaga çəkinirəm hər gün.namazı tərk etmək isdəyirəm.şəraitim normal olan vaxt yenidən başlayacam.ama günahdanda qorxuram.elə bilirəm mən cavan yaşımda öləcım o günahin yüküylə.cavablandirdiginiz üçün Allah raZı olsun
Cavab: 

Və aleykum Salam. Qüsl və ya dəstəmaz almağa imkanınız yoxdursa, təyəmmüm alıb namaz qıla bilərsiniz. Namazı bilərəkdən tərk etmək ən böyük günahlardandır. Uca Allah buyurur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl". (əl-Ənkəbut, 45); "(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)". (əl-Bəqərə, 248). Daha ətraflı: 
Şərait olmadığı üçün namaz qılmıram
Namazı qəsdən qəza etməyin günahı nədir? 
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
Ölüm qorxusu - insan öz ölümünü hiss edə bilərmi?

Paylaş: