Aşağıdakı qeyd etdiklərimə əsasən mənim etiqadım doğrudurmu?

    10.03.2017
Sual: 
Salam. Mən sizi izləyirəm bu proyektə uğur arzulayıram Allah sizdən razı olsun. Mən müsəlmanam amma şiə namazı qılıram. əqidəmə bağlı biriyəm. Ancaq gündə 5dəfə namaz qılıram və pirlərə ocaqlara getmirəm. İstiyəndədə Ancaq Allahdan istiyirəm.3sahabəyə həzrət demirəm amma onlara lənət küfür demirəm. Aişə barəsində isə heç vaxt zinakar olduğuna inanmıram və onada Həzrət demirəm. Və birdə Möhürü torpaqa bilib səcdə edirəm. Ehli sünnədəndə dostlarım var. Sadəcə sələflərlə yaxınlıq etmirəm. Sadəcə sizin fikrinizi örgənmək mənə maraqlı gəlir? Mən sizə görə şirk edirəm? yazdığlarıma əsasən soruşuram. Və birdə namaz barəsində heç vaxt ixtilaf olmamışam. əli açıq namaz batildirmi sizcə? Təşəkkürlər.
Cavab: 
Və aleykum Salam. Bir əməlin şirk olması barəsində Quran və Sünnədən açıq-aydın dəlil olmadıqca, o əməl şirk sayılmır. Sizin qeyd etdiiyiniz əməllərdə də zahirən şirkin əlamətləri yoxdur. Daha ətraflı:
İslamda təfriqəçilik də yoxdur. Quranda da bu barədə kifayət qədər ayələr mövcuddur. Dini səhih mənbələrdən (Quran və Sünnə) öyrənmək lazımdır. Şəriətdə əməllərin qəbul olunmasının şərtləri ibadəti yalnız Allah üçün və Onun Peyğəmbərinin (salləllahu aleyhi və səlləm) etdiyi kimi etməkdir. Əli açıq namaz qılmaq isə namazı batil etməsə də, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qıldığı namaza uyğun deyil. Həmçinin oxuyun:
Səhabələrə gəlincə, onların adının qarşısında "həzrət" yox, "radıyəllahu anhu - Allah ondan razı olsun" demək kifayətdir. Necə ki, Uca Allah buyurur: "...Allah onlardan razıdır, onlar da Ondan razıdırlar...". (əl-Beyyinə, 7-8).
Həmçinin Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Səhabələrim baradə Allahdan qorxun! Məndən sonra onları hədəf almayın! Onlara əziyyət edən, mənə əziyyət etmişdir. Mənə əziyyət edən isə Allaha əziyyət vermiş kimidir! Kim ki, Allaha əziyyət verməyə cürət edərsə, onun aqibəti bəllidir". (ət-Tirmizi, 3862). Həmçinin oxuyun:
Paylaş: