Pirlərdə qəbirdəki insanları pisləmək günahdırmı?
Sual:
Salam Aleykum.Size sualim bele olacag.Men hicabli deyilem lakin Namazimi qiliram.Destemazli oldugum halda namehrem kisinin meni gormesi menim destemazimi pozurmu,Birde men Namaz qilanda qardawim onumnen kecdi ama bilmeden nece dua eliyim ki, Allah bagiwlasin.Son olaraqda ziyarete gedmirem ve geden innsanlari gorende orda yatan insani bele pislediyim olur men ne derecede gunah qazaniram.Allah butun qardas ve bacilarima gunahdan cekinmeyi ve dogru yolda olmagi nesib elesin.Amin.InwaAllah sualimi tez cavablandirarsiniz Sevinerem.Indiden eziyyeti kecen her kesden Allah razi olsun....
Cavab:
Və aleykum Salam.
Naməhrəm kişinin qadını görməsi qadının dəstəmazını pozmur. Daha ətraflı: Dəstəmazı pozan amillər
Bilmədən edilən əməllərə görə günah yazılmır. Namaz qıldıqda qarşınıza sütrə qoyun ki, başqaları sizin qarşınızdan keçərək günah qazanmasınlar. Həm qardaşınızın, həm də özünüzün bağışlanması üçün istədiyiniz şəkildə dua edə bilərsiniz. Daha ətraflı:
Pirlərə getməkdən insanları çəkindirmək və bu əməlin şirk olmasını insanlara Qurandan və məntiqi dəlillərlə başa salmaq lazımdır, amma oradakı qəbirlərdəki insanları təhqir etmək düzgün deyil. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında Əbu Cəhlə (Məkkənin kafirlərindən olub) lənət oxunduqda belə dedi: "Ölüləri söyməyin, çünki onlar artıq etdikləri əməllərinə (etdikləri əməllərə görə aqibətlərinə) qovuşublar". (Buxari, "Kitəbu-l-Cənəiz", 1393). Daha ətraflı: