Camaat namazında ayaqlarla bərabər çiyinlər də birləşdirilməlidirmi?
Sual:
Əs sələmu aleykum və rəhmətullah
İxtisarə namazın niyət edib qılmaq olarmıki gələn il universitete qebulolum deye?
Namazda ayaqlarla bərabər çiyinlərdə birləşdirilməlidir? hərdən qardaşlardan bəzisi ayağını üz tutmur məcbur olub ayaqımı əyirəmkitopuqlarda birləşsin nəticədə qilçalarım rüküda düz durmur bunun günahı varmı?
cahillər övliya deib durur Quranda övliya adı indiki pirlər desələr nə cavab vermək lazımdır?
nəsə biriş görəndə ALLAH savabıma yazsın demək olar?
bacıya qüslü başa salmaq utanılarsa nə etmək lazımdır?
dəvətdə önəmli olan nədir? cahili hansı yolla dəvət etsən o asan qəbul edər?
ALLAH rzası üçün ardıcıllıqla suallarıma cavab verəsiz
ALLAH elminizə bərəkət versin.
Cavab:
Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu.
1. Bir işi görmək istədikdə istixarə namazı qılınaraq Allaha dua edilir ki, bu iş xeyirlidirsə, Allah onu sizə nəsib etsin və asanlaşdırsın, zərərlidirsə, Allah sizi bu işdən uzaqlaşdırsın. Amma gələcəkdə hər hansı bir arzunun həyata keçməsi üçün nəzir qismində istixarə namazı qılmaq düzgün deyil. Həmçinin oxuyun:
2. Bu cavabı oxuyun:
3. Camaat namazında səfdə yanınızda dayananı nəzərə alaraq ayaqları və ya topuqları əymək lazım deyil. Belə hallar narahatçılığa səbəbdir, namazda narahat durmaq isə bəyənilməyən hallardandır. Ona görə də camaat namazında yanınızdakıların ayaqlarını necə tutmasından asılı olmayaraq siz ayaqlarınızı namazın qaydalarına uyğun şəkildə tutun. Hər kəs şəri qaydalara əməl etsə qeyd etdiyiniz problemlər də baş verməz.
4. Övliya dedikdə Allahdan qorxan, xeyirli əməllərlə və ibadətlərlə Ona yaxınlaşmağa çalışan bəzi əməlisaleh insanlar nəzərdə tutulur. Onlar Allah qatında digər insanlardan təqvalarına görə üstün olsalar da, şəfa vermək, duaları qəbul etmək və digər yalnız Allaha məxsus olan sifətlərə sahib deyillər. Ölmüş insanın bu dünya ilə əlaqəsi yoxdur və ondan dua edərək nəsə istəmək ən böyük günah olan şirk sayılır. Daha ətraflı:
5. Hər hansı bir xeyir əməli edəndə "Allah savaba yazsın" deyərək dua etməkdə bir qadağa yoxdur. Ancaq müsəlman əmin olmalıdır ki, hətta bu ifadəni deməsə belə Allah savab iş görənlərin əməllərini zay etmir. Necə ki, Uca Allah buyurmuşdur: "İman gətirib yaxşı əməllər edənlərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik". (əl-Kəhf, 30).
6. Bacınız və ya xanımınız istisna olmaqla digər sizə məhrəm olan qadın yaxınlarınıza qüslun necə alınmasını izah etməyə utanırsınızsa, əgər ailəlisinizsə, həyat yoldaşınızı və ya ailəli dostlarınızdan birini bu işdə vasitəçi edə bilərsiniz. Əgər bu mümkün olmasa, məsələ ilə əlaqəli səhih mənbələrə əsaslanan bir yazını və ya səsli bir dərsi də ona göndərə bilərsiniz. Əgər bu da mümkün olmasa, "Uca Allah haqqı söyləməkdən utanmaz" qaydasını əsas götürərək ən sadə və ədəb normalarına uyğun sözlərlə qüslu izah edə bilərsiniz.
7. Dəvətdə əsas məsələlərdən (tövhid, namaz və s.) danışın və xırda, ixtilaflı məsələlərə girişməyin. Hətta sizi fitnəyə salmaq məqsədilə sizdən soruşsalar, deməkdən çəkinin. Elminizi artırın, əxlaqınızı gözəlləşdirin və Allaha çoxlu dualar edin, çünki insanların qəlbi Uca Allahın əlindədir. Həmçinin hər bir müsəlmanın əqidəsi Qurani-Kərim və Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) səhih hədislərinə əsaslanmalıdır. Siz əvvəlcə dəvət etdiyiniz şeyi yaxşı öyrənin, fikirlərinizin hamısına Quran və səhih hədislərdən sübutlar tapın və dəvət edərkən, öz sözlərinizi yox, Allah və Onun Rəsulunun (salləllahu aleyhi və səlləm) sözlərini deyin. Həmçinin oxuyun:
İslama dəvət necə olmalıdır?
İslama dəvət necə olmalıdır?