Əsnədikdə ağızı tutmaq lazımdırmı?

    21.12.2017
Sual: 
Allahin salami olsun sizlere. 1. Insan Namaz qilarken esneyerse agizi tutmag lazimdirmi? 2. Uz derisi cox yagli oldugundan, destemaz alarken sabundan istifade edirem. Destemazim duzgun sayilirmi? 3. Ilk namaza bawladiqda wie namazi oyrenmiwem, destemazi ise sunnide oldugu kimi aliram.mence bu daha dogrudur. Lakin shie qaydalarinda yazilibki 3cu defe destemaz uzvlerini yuduqda haram sayilir.indi eger men wie namazi qiliramsa, destemazda 3defe yumagim mene haram sayilirmi? 4. Muqeddes agac olan Sidr agacinin yarpaglarini evde buxur kimi yandirmaq olarmi? 5. Ruzi duasini pul kisesine oxuyub ufulemek olarmi?
Cavab: 
Salam aleykum.
1. Həm namazda, həm də namazdan kənarda əsnədikdə ağızı əl ilə tutmaq lazımdır. Peyğəm­bər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah (Öz qullarının) asqırmağını sevir, əsnəməklərini isə xoşlamır. As­­qırdıqdan sonra Allaha həmd edən (müsəlmana): "Allah sənə rəhm etsin (Yərhə­mukəllah)"- de­­mək, bunu eşidən hər bir müsəlmana vacibdir. Əsnəmək isə şey­tan­dan­dır. Adam bacardığı qədər bunun qarşısını almalıdır. Adam: "Haaah"– etdiyi zaman şeytan ona gülür". (əl-Buxari, 6223).
Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Qoy, sizdən biri əsnədiyi zaman əlini ağzına tutsun, çünki şeytan onun ağ­zı­na gi­rə bilər". (Muslim, 8/226; əl-Buxari "Ədəbul-Mufrad", 951).
Əsnədikdə çalışıb ağzını açma­malı və əgər bunu bacarmazsa, onda heç olmasa əli ilə ağzını tutmalıdır. 
2. Dəstəmaz əsnasında sabundan istifadə etmək düzgün deyil. Belə ki, dəstəmaz dini ayin sayılır və ona dində buyurulmayan əməl salmaq olmaz. Əgər əlinizi və üzünüzü sabunlamaq istəyirsinizsə, bunu dəstəmazdan qabaq və ya sonra etmək lazımdır. Həmçinin oxuyun: Dəstəmazı pozan amillər
3. Namazı və dəstəmazı Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) necə edibsə, onun kimi etmək lazımdır. Daha ətraflı: 
4.  Əgər bu ağacın yarpaqlarını yandırdıqda gözəl qoxusu gəlirsə, bunu etmək qadağan deyil. Amma hər hansı yaradılmış bir şeyi müqəddəsləşdirmək düzgün deyil. 
5. Ruzi duası adlı xüsusi bir dua yoxdur. Heç bir duanı kağıza yazıb pul kisəsində saxlamaq və ya ona üfürmək düzgün deyil. Bunun dində əsli yoxdur. Dua sözü çağırış deməkdir. Duanı Allaha üz tutaraq etmək lazımdır. Daha ətraflı: Ruzi duası varmı?
Paylaş: