Namazın bir sözü yaddan çıxanda günah olurmu?

    07.02.2018
Kimdən: 
*****
Sual: 
1.Namaz qilanda namazin bir sozu yaddan cixanda adam gunah qazanirmi?? 2.namaz qilan qiz oz toyunda lakli dirnag qoya biler barmagna? 3.namaz qilanda adamdan qaz cixsa namazi batil olurmu?
Cavab: 
Salam aleykum.
1. Namazın rüknlərindəki sözlərin (ilk təkbir, fatihə surəsi, son təşəhhüd və salamlar) hər hansı birini deməmək namazı batil edir. Məsələn, Fatihə surəsində hər hansı bir söz deyilməsə və həmin səhv düzəldilməsə, həmin rükət batil olur. Yenidən bir rükət qılınır və namazın sonunda səhv səcdəsi etmək lazımdır. Digər hallarda isə əlavə rükət qılmadan sadəcə səhv səcdəsi etmək kifayətdir. Həmçinin oxuyun:
2. İstər öz toyunda, istərsə də başqalarının məclisində qadının öz məhrəmlərinin yanında bəzənməsində, dırnaqlarına lak qoymasında və s. bir maneə yoxdur. Sadəcə hər dəstəmazdan qabaq dırnaqda olan lakı təmizləmək lazımdır. Həmçinin toy islam qaydalarına zidd olmamalıdır. Daha ətraflı:
3. Qarında yelin yaranması dəstəmazı pozmur, lakin xaricə yel çıxması pozur. Yel həddindən artıq çoxdursa, zorla saxlayaraq namaz qılmaq da bəyənilmir. Daha ətraflı:
Dəstəmazı və namazı batil edən hallar
Namaz vaxtı yel çıxarsa, yenidən qılmalıyammı?
Paylaş: