Nəyə görə Quran ərəb dilində nazil edilmişdir?
Sual:
Salam.Birinci sualım budur ki,namazlara başladıqda vacib qurbətən İlləllah deyirik,eşitdiyimə görə qəza namazlarında vacib sözü işlədilməməlidir,qurbətən İlləllah deyilməlidir.Bu doğrudurmu?.ikinci sualım budur ki,niyə Qurani-Kərim təkcə ərəbcə yaranıb?.Üçüncüsü ayətül-kürsüdən başqa elə bir dua varmı ki,xəstəlikləri sağaltsın və elə dua varmı ki,beynimizdəki şeytani düşüncələri yox etsin?
Cavab:
Va aleykum Salam.
1. Niyyət məsələsində nə "vacib qurbətən iləllah", nə də "qurbətən iləllah" demək lazım deyil, çünki niyyət etmək daxilən bir şeyə qəti qərar vermək, bir işi nə üçün gördüyünü qətiyyətlə bilmək deməkdir. Dinimizə görə niyyətin yeri qəlbdir, bunu dil ilə tələffüz etmək isə dinə gətirilən bidətdir (yenilikdir). Daha ətraflı:
2. Quranın ərəb dilində nazil olması haqda Qurani-Kərimin təxminən əlli ayəsində bildirilir. Uca Allah buyurur: "Əlif. Ləm. Ra. Bu, açıq-aydın Kitabın ayələridir. Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz". (Yusuf, 1-2).
Bu ayədə Uca Allah bildirir ki, Quranın bu ayələri açıq-aydın bir Kitabın möcüzələridir ki, sözləri və mənaları olduqca asan və anlaşıqlıdır. Allah bu Kitabı ərəb dilində – ən şərəfli və dünya dillərindən ən yaxşı başa düşülən bir dildə nazil etmişdir. Uca Allah o dillə insanların bilməyə ehtiyac duyduqları faydalı həqiqətləri izah etmişdir. Quranın ərəb dilində nazil edilməsinin başqa bir səbəbi odur ki, Uca Allah onu ilk növbədə ərəb tayfalarına göndərdi. Həmçinin, peyğəmbərimiz Muhəmməd (Allahın ona və ailəsinə salavatı və salamı olsun) də ərəblərdən idi və yalnız ərəb dilini bilirdi. Həmçinin oxuyun: Namaz nə üçün yalnız ərəb dilində qılınmalıdır?
3. Əslində təkcə Ayətul-Kursi yox, ümumilikdə Qurani-Kərimin ayə və surələri möminlər üçün şəfa və hidayətdir. Uca Allah buyurur: "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların və kafirlərin ancaq ziyanını artırar". (əl-İsra, 82).
Həmçinin buyurur: "Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!" (Yunus, 57).
Həmçinin rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) belə demişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) xəstələndikdə, şərdən qoruyan surələri ("əl-İxlas", "əl-Fələq" və "ən-Nas" surələrini) özünə oxuyub üfürərdi. Xəstəliyi şiddətləndikdə isə mən bu surələrin bərəkətini Uca Allahdan umaraq onları onun üçün oxuyub əllərini bədəninə sürtərdim". (əl-Buxari, 5016).
Habelə, Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) səhih hədislərində xəstəlikdən şəfa tapmaq üçün müəyyən dualar və şeytanın vəsvəsələrindən qorunmaq üçün dua və zikrlər mövcuddur. Bununla yanaşı bilmək lazımdır ki, Quran ayələri, zikr və dualar yalnız Uca Allahın qüdrəti və istəyi ilə təsir göstərib şəfa ilə nəticələnə bilər. Bunların hamısı Uca Allahın insanlar üçün təyin etdiyi səbəblərdir. İstədiyinə şəfa verən isə yalnız Uca Allahdır. Daha ətraflı: