Fərz və nafilə namazlar hansı formada qılınır?
Sual:
Salam aleykum.Evvela Allah elminize bereket versin, bizlərin də elminə vəsilə olduğunuz üçün Allah sizdən razi olsun.
Sizdən xahişim budur ki, namazların qılınış qaydasını tam olaraq bilməyənlərə oyrədəsiz.Belə ki, məsələn gecə namazı 2-2 qilinir yazirsiz.Amma 2-2 nece qilinir bunu izah elemirsiz.Və yaxud zohr namazından əvvəl qılınan sunnət namazları necə qilinir.Bunlarin muxtəsər sxemini saytinizda yerləsdirsəniz sizə duacı olariq.və dinimizi oyrənmək istəyənlərin isi xeyli asanlasar.
Cox xahis edirəm.Butun fərz və nafilə namazların qilinis sxemini saytinizda yerkəsdirəsiniz.Salam aleykum
Cavab:
Va aleykum Salam. Namazların qılınma şəkli eynidir. Fərz namazlar iki, üç və dörd rükətli olur. Hər bir rükət eyni qaydada qılınır, ikinci və axırıncı rükətdə təşəhhüd deyilir və salam verərək namaz sona çatır. Fərz namazlarından başqa bütün nafilə namazlar isə Sübh namazı kimi iki rükətli qılınır. Sübh namazının qılınma qaydasını öyrənməklə hər bir nafilə namazını qılmaq olar. Daha ətraflı məlumat almaq üçün bunları oxuyun: