Pulun miqdarı nə qədər olmalıdır ki, ona zəkat düşsün?

    20.03.2018
Sual: 
salam aleykum.iki sualım var.illik zəkat pulu neçə mini aşmalıdır ki, ona zəkat düşsün. 2ci sual.üzr istəyirəm əvəlcədən.məndən güclü axıntı gelir.kimisi deyir bu dəstəmazı pozur.kimisidə deyir pozmur.qalmişam çaşbaş.dəstəmaz alıb çıxıram 10deqiqe olmur yene gelir, obiri namaza temiz qalmir paltarım. Uzr istəyirəm. Bir yana gedendə orda da əziyət çəkirəm. Parca qoysamda paltarma deyir. Sualim oldurki bu mundar şey sayılır. Zohr uçün dəstəmaz alsam belə hal baş versə əsrdə bu paltarla təmizlənmeden namaz qila bilerem?yeni axıntı gəlsə belə hər namaz üçün ayrı destemaz alib qilmaliyam paltarmi deyismeden,xahis edirem etrafli melumat verin.
Cavab: 

Va aleykum Salam.
1. Əgər pul 595 qram gümüş və ya 85 qram qızıl miqdarından çox olar və bir il müddətində həmin miqdardan azalmazsa, ondan 2.5 qram və ya qırxda bir hissəsi zəkat olaraq çıxarılır. Bunu hesablamaq üçün pul miqdarını qırxa bölmək kifayət edir. Daha ətraflı:
Zəkat haqqında
İslam fiqhi: ZƏKAT bölümü
Evdə nə qədər qızıl saxlamaq olar? Hansı miqdarda qızıla zəkat düşür?
2. 
Bu axıntı nəcis sayılmasa da, dəstəmazı pozur. Belə olduqda hər namaz vaxtı dəstəmaz alıb namaz qılmaq olar. Lakin, həmin axıntı murdar olmadığına görə paltarı dəyişməyə ehtitac yoxdur. Daha ətraflı:
Qadın daimi axıntı gəldiyi halda namazlarına davam edə bilərmi?
Dəstəmazı tez-tez pozulan adam necə namaz qılsın?
Dəstəmazı pozan amillər hansılardır?
 

 

 

Paylaş: