"Səni boşayıram" dediyinə görə boşanan qadını yenidən ərinə necə qaytarmaq olar?

    23.03.2018
Kimdən: 
Uxti
Sual: 
As salam aleykum ve rahmetullahi ve bereketuhu. Suallara esasli wekilde cavab verdiyiniz ucun ALLAH sizden razi olsun. Bu sehifeni cox sevirem ve izleyirem. Cunki burda esassiz hecne paylawmirsiniz. Ve haqqinizi halal etmeyinizi isteyirem, cunki bu paylawimlari sevdiklerimle boluwurem. Sualim muselman aile haqqindadir; iki uwaqli bir bacinin yoldawi ona, bir nece defe seni bowayiram deyib, hetta bir defe tağuta qeder aparib, sonra yan kecib. Bir muddetden sonra baci bezerek bowanib. İndi ise hemin o kecmiw yoldawi aglayib, yalvararaq bariwmasini isteyir.lakin baci razilawmir. ALLAH ucun meslehet verin. ALLAH subhene ve teale sizi her iki dunyada xeyirle mukafatlandirsin.
Cavab: 

Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. İstər qadın, istərsə də kişi boşanma məsələsinə ciddi yanaşmalıdır. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: "Üç şey vardır ki, onların ciddi şəkildə deyilməsi də ciddi, zarafatla deyilməsi də ciddi qəbul edilir: Nikah, talaq və talaqı geri qaytarmaq (rici talaq)". (İbn Məcəh, 1/658/ №: 2039; Əbu Davud, 6/262/ №: 2180; ət-Tirmizi, 2/328/ №: 1195; əl-İrva, 1826).
Həmçinin demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə, cənnətin iyi ona haram olar". (İbn Məcəh, 1672).
Digər bir hədisdə isə belə nəql olunmuşdur: "Səbəbsiz olaraq xulu (kişinin arvadından götürdüyü nəyinsə müqabilində ondan ayrılması) tələb edən qadınlar münafiqlərdir". (ət-Tirmizi, 1198).
Hər bir halda əgər kişi səhvini başa düşüb barışmaq istəyirsə, tövbə etsin, qadının etibarını qazanmağa çalışsın və qadını əmin etsin ki, əməlindən çox peşmandır və bir daha gələcəkdə belə səhvlər, səhlənkarlıqlar təkrarlanmayacaq. Qadına da nəsihət etmək lazımdır ki, əgər ümumən boşandığı kişidən, onun dinindən, əxlaqından və ona qarşı davranışlarından razıdırsa, qəzəbini, kin-küdurətini bir kənara qoyub Allah rizası üçün barışıb şəriətin buyurduğu qaydada yenidən ailə kimi birlikdə olsun. Bu onun subay qalmasından daha yaxşı sayılır. Həmçinin, məsələyə hər iki tərəfdən ağsaqqalların da qoşulub bunu həll etməsi müsbət nəticə verə bilər. Bütün bunlardan sonra qadın yenə də razılaşmasa, onda onu məcbur etmək düzgün deyil. İndiki müasir dövrdə şərin artdığı, maddi və mənəvi problemlərin çoxaldığı müşahidə olunur. İnsanlar hər bir addımda əsəbi gərginlik yaşayırlar. Bütün bunlar bütövlükdə kiçikdən böyüyə qədər cəmiyyətin hər bir üzvünə öz təsirini göstərir. Ona görə də indiki dövrdə ailə münaqişələri və boşanma halları çoxalmışdır. Bunun qarşısını isə yalnız səbirlə və Uca Allaha səmimi şəkildə dua etməklə almaq mümkündür. Uca Allah buyurur: "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir". (əl-Bəqərə, 45). Həmçinin oxuyun:
Ailəsi dağılanın subay qalması, yoxsa yenidən evlənməsi daha savabdır?
Qadın boşandıqdan sonra ikinci dəfə eyni kişi ilə kəbin kəsdirə bilərmi?
Ər-arvad münasibətlərində səmimiyyət yoxdursa, nə etmək lazımdır?
Kişinin qadına "səni boşayıram" deməsi haqqında
İslam fiqhi - Ailə münaqişələri

 

Paylaş: