Keçmiş illərin qəzalarını qılmaq və "vacibən qürbətən illəllah" demək haqda...
Aleykum salam. Suallarınızın cavablarını buradan oxuya bilərsiz:
1. Neçə il qəza namazlarım var
Keçmiş illərin qəza namazları qılnmalıdır?
Qəzaya qalan namazlara necə niyyət edilir?
2. Lak məsələsinə gəldikdə isə şəriətə görə istər əl, istərsə də ayaq dırnaqlarına lak vurmaq olar. Lakin dəstəmaz və ya qüsl aldıqda dırnaqdakı boyaları silmək lazımdır. Qüsl və ya dəstəmazdan sonra yenə də lak vurmaq olar. Ümumiyyətlə qadınlar öz məhrəmləri yanında dırnaqlarına lak vura bilərlər. Xüsəsəndə ailəli qadınlar, öz həyat yoldaşları üçün bəzənməlidir. Lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddə olduğu üçün hər dəstəmaz vaxtı onu təmizləmək lazım gəlir.
3. Niyyət məsələsində isə nə "vacib qurbətən iləllah" nə də "vacib qurbətən illəllah" demək lazım deyil. Çünki niyyət etmək daxilən bir şeyə qəti qərar vermək, bir işi nə üçün gördüyünü qətiyyətlə bilmək deməkdir. Dini baxımdan isə niyyət etmək, bir işi Uca Allahın əmrinə tabe olmaq və ona yaxınlıq qazanmaq üçün yerinə yetirmək qərarından ibarətdir. Dinimizə görə niyyətin yeri qəlbdir, bunu dil ilə tələffüz etmək isə dinə gətirilən bidətdir (yenilikdir). Peyğəmbərimiz Məhəmməd (salləllahu aleyhi va səlləm) demişdir: "Əməllər niyyətlərə görədir və hər kəsin niyyət etdiyi bir əməl vardır...". (əl-Buxari və Muslim).
Həmçinin digər bir hədisdə Allah Rəsulu (salləllahu aleyhi va səlləm) belə buyurur: "Kim bizim bu işimizə (dinimizə) müvafiq olmayan bir əməl əlavə edərsə, onun etdiyi əməl qəbul olunmayıb, rədd olunar". (əl-Buxari və Muslim).
Peyğəmbərin (salləllahu aleyhi va səlləm) namaza başlayarkən, dillə niyyət etdiyi bildirilməmişdir. Səhabələr (Allah onlardan razı olsun) və onların ardıcıllarının (Allah onlara rəhmət eləsin) da belə bir şey etdikləri bildirilməmişdir.
4. Ümumiyyətlə şəriətə görə qadınlarla kişilərin namaz qılmaq formasında dəyişiklik yoxdur. Həmçinin, təşəhhüddə oturmaq məsələsində də. Yəni sol ayaq sağ ayağın altında qibləyə tərəf oturulur.