Həcc zamanı heyz olan qadının həcci batildirmi?
Sual:
Salam aleykum, sualim beledirki eger qadinin ayliq xesteliyi hecc ziyareti vaxtina düşübsə onun ziyareti batildirmi?
Cazak Allahu xayran.
Cavab:
Və aleykum Salam. Əgər qadın miqata çatmamışdan əvvəl heyz olarsa, bu zaman heyzdən təmizlənib qurtarana qədər miqatda ehrama girib Kəbəni təvaf (dövr etmək) etməkdən, Səfa və Mərva dağları arasında səy (gedib-gəlmək) etməkdən başqa həcc və ümrə ibadətlərinin bütün ayinlərini yerinə yetirə bilər. Təvafı, Səfa və Mərva arasında səy etməyi isə heyzdən təmizləndikdən sonra yerinə yetirə bilər. Bu hökm ehramdan sonra, eləcə də təvafdan öncə heyz olan qadına da aiddir. Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Mən heyzli olduğum halda Məkkəyə gəldim, Kəbəni təvaf etmədim, Səfa və Mərva arasında da səy etmədim. Bunu Allahın Elçisinə (salləllahu aleyhi və səlləm) bildirdikdə, o belə dedi: "Digər zəvvarlar (hacılar) nə edirlərsə, sən də elə et. Amma heyzdən təmizlənib qurtarana qədər Kəbəni təvaf etmə!" (əl-Buxari "Həcc", 81; Muslim "Həcc", 120).
Digər bir hədisdə isə belə deyilir: "Heyzli və nifaslı qadınlar qüsl edər, ehrama daxil olar və Allahın evini (Kəbəni) təvaf etmək xaricində həccin bütün ayinlərini icra edərlər". (ət-Tirmizi "Həcc", 98; Əbu Davud "Mənasik", 9; İmam Əhməd "Musnəd", 1/364).
Həmçinin, İslam alimi İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) bu məsələ ilə bağlı xülasə olaraq belə demişdir: "Həcc ibadətinin yerinə yetirildiyi ilk vaxtlarda həccə gələn dəstələr, dəstə üzvlərinin hamısı öz ibadətlərini tamamlamadıqca, ölkələrinə qayıtmırdılar. Məsələn, əgər bir qadın heyz olduğuna görə təvaf edə bilmirdisə, dəstə həmin qadının heyzdən təmizlənib qurtardıqdan sonra təvaf etməyini gözləyər, sonra da öz ölkələrinə qayıdardılar. Amma indi vəziyyət belə deyildir. Dünyanın bir tərəfindən ibadət üçün həccə gələn qadın təvaf günlərində heyzli olsa, təvaf edə bilməz. Lakin, dəstə onu heyzdən təmizlənənə qədər gözləməyib ölkəsinə qayıda bilər. Qadın da öz növbəsində onlardan ayrıla bilməyəcəyinə görə təvaf etmədən ölkəsinə qayıtmaq təhlükəsi ilə üz-üzə qalır. Elə isə bu məsələdə bir zərurət halı var və zərurətlər də haramları mübah (icazəli) edir. Əgər dəstə qadının təmizlənib qurtaracağı günə qədər Məkkədə qalacaqsa, qadın təmizlənənə qədər həccin bütün zəruri ayinlərini yerinə yetirər, amma təvaf etməz. Təmizləndiyi vaxt təvafını yerinə yetirər. Ancaq əgər dəstə qadının heyzdən təmizlənəcəyi vaxtadək Məkkədə qalmayacaqsa, o vaxt qadın heyzli ola-ola ziyarət təvafını yerinə yetirər". (İbn əl-Qeyyim əl-Cövziyyə "İ’lamul-Muvaqqiin", Beyrut nəşri, 1986, 3/25-40). Həmçinin oxuyun: