Rükuda möhürə, yoxsa aşağıya baxmaq lazımdır?
Sual:
Salam aleykum rukuda hara baxmaq lazimdi mohura yoxsa awaqi.birda fatiha surasi (an-anta.)oxuyur yoxsa(an-amta).
Cavab:
Va aleykum Salam. Namaz qılarkən yalnız səcdə olunan yerə baxmaq lazımdır. Möhürlə namaz qılmaq haqqında isə şəriətdə heç bir səhih məlumat yoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namazı möhürlə qılmamış, onun dövründə nə özü, nə də heç kəs belə etməmişdir. Möhürlə namaz qılmaq Peyğəmbərdən sonra dinə gətirilən bidətdir. Bidət isə dində olmayan bir ibadəti dinə salmaqdır. Allah Elçisi demişdir: "Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir şeyi icad edərsə, o, rədd olunacaq". (Səhih əl-Buxari və Səhih Muslim). Həmçinin oxuyun:
Namazda bəyənilməyən əməllər hansılardır?
Namazı möhürlə qılmaq olarmı?
Namazda bəyənilməyən əməllər hansılardır?
Namazı möhürlə qılmaq olarmı?
əl-Fatihə surəsində qeyd etdiyiniz ayə belə oxunur:
"صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ - Sirata-lləzinə ən'am'tə aleyhim, ğayril-məğ'dubi aleyhim valəddaallin".
"صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ - Sirata-lləzinə ən'am'tə aleyhim, ğayril-məğ'dubi aleyhim valəddaallin".