Qurana and içməzdən əvvəl nə etmək lazımdır?

    11.03.2019
Kimdən: 
Sevinc
Sual: 
sualim odurki men qurana and icmeq ucun. Neynemeliyem? Hansi qusullari vermeliyem nece qeyinmeliyem ne demeliyem
Cavab: 

Və aleykum Salam. Qurana and içmək üçün qüsl almağa və ya hansısa xüsusi bir paltarı geyinməyə ehtiyac yoxdur. Həmçinin, onu da qeyd edək ki, İslama görə Qurana yalnız Uca Allahın kəlamı kimi and içmək olar. Amma əl basaraq and içmək düzgün sayılmır. Çünki Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) heç vaxt əlini Qurana basaraq and içməmişdir. Peyğəmbərin etmədiyi və buyurmadığı bir şeyi etmək də bidətdir. O, belə demişdir: "Kim bizim dinimizdə olmayan bir şey icad edərsə, bu, ondan qəbul olunmaz". (Səhih əl-Buxari və Səhih Muslim). Daha ətraflı:
İslam fiqhi: Qüslü vacib edən hallar
İslam fiqhi: Hansı hallarda qüsl almaq bəyənilir?
Qurana and içmək icazəlidirmi?
Qurana əl basaraq and içmək olarmı?

Teqlər: 
Paylaş: