Həddi-büluğ yaşına çatmayanlara qüsl almaq vacibdirmi?
Sual:
Menim 14 yasim var ve men namaz qiliram.1) Bosaldigdan sonra qusl almayib destemaz alib namazimi qila bileremmi? 2) bulug dovrune girmeyenlere qusl almag vacibdi?
Cavab:
Salam aleykum.
1. Əvvəla boşalmaq dedikdə istimnanı (masturbasiya) nəzərdə tutursunuzsa, bu, haramdır. Yuxuda qeyri-ixtiyari olaraq məninin ifraz olunması isə günah sayılmır. Bu, insan sağlamlığından irəli gələn təbii bir haldır. İstənilən halda əgər bədəndən sperma xaric olarsa, qüsl almaq vacibdir və belə halda qüsl almadan namaz qılmaq olmaz. Həmçinin oxuyun:
Öz-özünə boşalmaq (masturbasiya) günahdırmı?
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
2. Həddi-büluğa çatmayana qüsl almaq vacib deyil. Həddi-büluğ dövrü oğlan uşaqlarının ihtilam olduqları (pollusiya), qız uşaqlarının isə heyz (aybaşı) olmağa başladıqları vaxtdır. Həmçinin oxuyun: