Səfərdə qıla bilmədiyim namazların qəzalarını necə qılmalıyam?

    05.04.2014
Kimdən: 
Əvəz
Sual: 
Salam aleykum. Men 2 gun namaz qila bilmedim. Onlari bashqa rayonda olarken qila bilmemishdim. Onlarin qezalarini nece qilmaliyam qesrle yoxsa adi qaydada?
Cavab: 
Aleykum salam. İslam dinində çoxlarının düşündüyü kimi qəza namazı anlayışı yoxdur. Yəni bir az çətinliyə düşdükdə namazı qəzaya saxlamaq və bunu adət halına salmaq anlayışı yoxdur. İslama görə insan yatıb namazın vaxtını keçirtdikdə, unutduqda və huşunu itirdikdə üzrlü sayılır. Belə olduqda yatıb qalan oyandıqdan, unudan yadına saldıqdan, huşunu itirən isə huşu özünə gəldikdən sonra dərhal namazını qılmalıdır. Bəzi insanlar namazları qəzaya saxlamağı o qədər vərdiş edirlər ki, axırda namazı birdəfəlik tərk edirlər. Uca Allah Qurani Kərimdə namaza səhlənkar yanaşanları xəbərdarlıq edərək buyurur: "Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarına səhlənkardırlar". (əl-Maun, 4-5).
Namaza bu cür münasibət bəsləyən hər bir müsəlman Allah Təalaya tövbə etməlidir və bir daha belə səhlənkarlığa yol verməməlidir. Həmçinin oxuyun:
Səfər namazı necə qılınır?
Qəzaya qalan namazlara necə niyyət edilir?
Hansı hallarda namazları qəzaya saxlamaq olar?
Namazları qəzaya saxlamaq günahdır?

 

Teqlər: 
Paylaş: