Qüsl aldıqdan sonra gələn şəffaf maye qüslü pozurmu?
Sual:
Salam Aleykum.Sizə məziylə bağlı sualım var.Bu məni çox düşündürdüyü üçün yazmalı oldum
Mən qüsllu idim.Çimdim və qüsl aldım.Çiməndən 5 dəqiqə sonra cinsiyyət orqanımdan çox az miqdarda şəffaf bir maye ifraz olundu.Bu məzidir?Yoxsa qüsl almalıyam yenidən?
Cavab:
Va aleykum salam. Cinsiyyət üzvündən gələn şəffaf maye məzidir və buna görə qüsl almağa ehtiyac yoxdur. Sadəcə yuyunub dəstəmaz almaq kifayətdir. Qüsl yalnız şəhvət nəticəsində sperma ifraz olunduqda vacib olur. Şəhvət olmadan az miqdarda gələn spermaya görə isə qüsl etmək lazım deyil. Həmçinin oxuyun:
Şəffaf maye ifraz olunduqda alt paltarını dəyişmək lazımdırmı?