Bir ay buraxdığım namazların yerinə sədəqə verə bilərəmmi?

    10.09.2019
Kimdən: 
Münəvvər
Sual: 
Salam, müəyyən səbəblərə görə 1 ay sübh namazından başqa qalan namazlar qəzaya qaldı qıla bilmədim.Qəza qalmış namazların yerinə kiməsə sədəqə vermək olar və nə qədər?Yoxsa qəzaları qılmalıyam?
Cavab: 

Va aleykum salam. Bilərəkdən fərz namazları buraxmaq böyük günahdır. Buraxılan fərz namazların heç bir əməllə əvəzi verilə bilməz. Buna görə tövbə etmək və bir daha bu günaha qayıtmamaq lazımdır. Ümumiyyətlə, hər hansı bir günahdan tövbə etdikdən sonra nafilə namazları, o cümlədən sədəqə verməyi və digər xeyirxah əməlləri çoxaltmaq lazımdır. Həmçinin oxuyun:

Namazları qəzaya saxlamaq günahdır?
Namazı qəsdən qəza etməyin günahı nədir?
Qəza namazları neçə rükət və nə vaxt qılınır?

Sədəqə haqqında

Teqlər: 
Paylaş: