Sağ qolum gipsə qoyulduğuna görə dəstəmazı necə ala bilərəm?

    18.09.2019
Sual: 
Salam . Sağ gölüm gipsda olduğuna görə,(qətiyyən terpede bilmirəm) dastamaz ala bilmirem. Dastamazi necə ala bilərəm?
Cavab: 

Va aleykum salam. Əvvəla Uca Allahdan sizə şəfa diləyirik. Belə olan halda təyəmmüm almağa cəhd edin. Əgər təyəmmüm almağa da imkan yoxdursa, o zaman olduğunuz halda namaz qılın. Çünki üzürlü hesab olunursunuz. Uca Allah buyurur: "...Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...". (əl-Bəqərə, 286). "Allahdan bacardığınız qədər qorxun...". (ət-Təğabun, 16). Həmçinin oxuyun:

Paylaş: