İstisqa namazı (yağış diləmək) necə qılınır və digər suallar
Sual:
Salam aleyküm.
1)Qəza orucunu həftənin 1,4,5,6 günlər tutarsaq sünnət orucu sayılırmı? ümumiyyətlə sünnət orucu neçənci günlərdir?
2.Fatimeyi-Zəhra məscidi harda yerləşir? və orda imam olan Şahin və Ramil haqqında nə deyə bilərsiz? çünki onların yutubda baxış sayı rekord qırır onlara qulaq asmaq icazəlidir?
3.İmam Səccad kimdir?
4.Yağış yağmayanda "tütyə"deyilən tozmu nəsə bir maye,var deyillər çox quraqlıq olanda həmin onu suya atıb nəsə dua oxuyurlarmış yağış yağırmış Nənəmin atası tanınmış molla idi.Nənəmnən eşitmişəm bunu hər dəfə deyirdi Bu tütyə nədir belə bir şey varmı həqiqətdirmi bu dini cəhətdən doğrudurmu?
5.Etdiyimiz hansı əməllər bizə qəbrdə nur olacaq?
Cavab:
Və aleykum Salam.
1. Həftədaxili tutulan nafilə oruclar 5-ci və 6-cı günləri yox, hər həftənin 1-ci və 4-cü günlərinə təsadüf edir. Səhih mənbələrdə verilən məlumatlara əsasən Ramazandan qalan qəza oruclarını bu günlərdə (1-4) tutmaq olar və bununla iki (həm qəza, həm də nafilə) savab əldə edilir. Şəvval, Arafa, Aşura, Ağ günlərin (hicri ayının 13, 14, 15-ci günləri) orucu və s. səhih mənbələrdə səbəbi bilinən digər nafilə oruclar tutduqda hətta cümə və ya şənbə gününə təsadüf etsə belə tutmaq olar. Həmçinin oxuyun:
Qəza orucları 1-ci və 4-cü günlərdə tutula bilər?
2. Qeyd etdiyiniz məscid və ya adı çəkilən məscidin imamları ilə bağlı hər hansı bir məlumatımız yoxdur.
3. İmam Səccad (Allah ona rəhmət etsin) əhli beytdən olub Hüseyn ibn Əlinin (Allah onlardan razı olsun) Sülafə adlı zövcəsindən (Şah Zanən və ya Şəhrəbanu) doğulan övladıdır. Həmçinin oxuyun:

Əhli-beyt kimlərdir?
4. El içərisində tütyə adlanan şey əslində pirlərin, ocaqların üstündə torpağa bənzər narın toz halında olan bir maddədir. Bu kimi yerləri ziyarət edən bəzi dindən məlumatsız insanlar şəfa və ya kömək məqsədilə həmin tozu su ilə qarışdıraraq içirlər. Şübhə yoxdur ki, bu kimi əməllərin hamısı günah və xurafatdır. Yağış yağmadıqda, quraqlıq baş verdikdə peyğəmbərimizin səhih hədislərdə buyurduğu duaları etmək, istisqa (yağış diləmək) namazı qılmaq və günahlardan çəkinərək Allahdan yalvararaq yardım və bağışlanma diləmək lazımdır. Rəvayət edilir ki, quraqlıq üz verdikdə Ömər ibn Xəttab (Allah ondan razı olsun) Abbas ibn Abdul-Muttəlibin (Allah ondan razı olsun) vasitəsilə Allahdan yağış diləyib: "Allahım, biz Peyğəmbərimizin vasitəsilə Səndən yağış diləyərdik, Sən də bizə yağış endirərdin. İndi isə biz Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əmisinin vasitəsilə Səndən yağış diləyirik, bizə yağış yağdır!"– deyər, Allah da onlara yağış yağdırardı". (Səhih əl-Buxari, 1010).

İstisqa namazının qılınma forması isə belədir:
Əgər yağış kəsilsə və ətraf mühit quraqlıq keçirsə yağış namazı qılmaq üçün namazgaha toplaşmaq müstəhəbdir. İmam camaata adi qaydada iki rükət namaz qıldırır və namazda çoxlu dua edir, Allahdan bağışlanma diləyir. Əyninin paltarını tərs çevirir, sağını sola geyinir. Abbad ibn Təmim əmisi Abdullah ibn Zeyddən rəvayət edib deyir ki, "Peyğəmbər (salləllahu aleyhi və səlləm) yağış diləmək üçün namazgaha çıxdı. Qibləyə tərəf yönəlib iki rükət namaz qıldı və paltarını tərs çevirdi". Sufyan deyir ki, Məsudi Əbu Bəkrin belə dediyini deyirdi: "Peyğəmbər paltarının sağını sola etmişdi". (Səhih əl-Buxari, 2/515/ №: 1027; Səhih Muslim, 2/611/ №: 94).
Həmin rəvayətçi digər rəvayətdə isə belə demişdir: "Mən Peyğəmbəri yağış diləyərkən görmüşəm. O arxasını camaata, üzünü isə qibləyə tərəf çevirib dua etdi. Sonra paltarını tərs çevirib bizə iki rükət namaz qıldırdı və qiraətini səslə etdi". (Səhih əl-Buxari, 2/514/ №: 1025; Səhih Muslim, 2/611/ №: 894). Həmçinin oxuyun:

Yağışın yağması üçün edilən bəzi dualar
5. Səhih hədislərdə bildirilmişdir ki, namaz, oruc, zəkat, sədəqə vermək, Quran oxumaq, imkan daxilində piyada məscidə getmək, dua, həmçinin cənazə namazında meyyit üçün edilən dualar, və s. bir çox bu kimi saleh əməllər müsəlmanın qəbrini həm nurlandıracaq həm də genişləndirəcək. Möminin və kafirin halı barədə Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayət etdiyi səhih bir hədisdə Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "İnsan ölüb dəfn edildikdən sonra, orada olan yaxınları oranı tərk etdiklərində, onların ayaq səslərini eşidər. Əgər ölmüş insan mömin biridirsə, namazı baş tərəfində, orucu sağ tərəfində, zəkatı sol tərəfində, yaxşılıqları; sədəgələri, qohum əqrabalarına etdiyi yaxşılıqlar, yaxşı işləri əmr etməsi və insanlara ehsanda bulunması ayaqları tərəfində olar. Namazı, baş tərəfindən gələrək ona belə deyər: Mən tərəfdən sənə heç bir əzab-əziyyət toxunmayacaq, Orucu, sağ tərəfindən gələrək ona belə deyər: Mən tərəfdən sənə heç bir əzab-əziyyət toxunmayacaq, Zəkatı, sol tərəfindən gələrək ona belə deyər: Mən tərəfdən sənə heç bir əzab toxunmayacaq, Etdiyi yaxşı əməlləri; sədəqələri, qohumluluq əlaqələrini gücləndirməsi, yaxşı işləri əmr etməsi, insanlara ehsanda bulunması ayaq tərəfindən gələrək ona belə deyər: Mən tərəfdən sənə heçbir əzab toxunmayacaq. Ona belə deyilər: Otur! O da oturar. Onun üçün günəş göstərilər və onada batması üçün izin verilər. Sonra ona belə deyilər: Sizin içərinizdə bir kişi var idi, onun haqqında nə bilirsən? və onun haqqında nə deyirsən? Deyər ki, icazə verin namaz qılım! Ona deyilər: sən onu edəcəksən. Səndən soruşduğumuz şeh haqqında bizə xəbər ver, o kişi haqqında nə bilirsən? və o kişi haqqında nə deyirsən? Deyər ki, O Muhamməddir! (salləllahu aleyhi və səlləm). Şəhadət gətirirəm ki, O, Allahın Rəsuludur və Allah onu haqq olaraq göndərmişdir. Sonra ona belə deyilər: Bu şəhadət üzərində yaşadın və bu şəhadət üzərində də öldün, əgər Allah istəsə, bu şəhadət üzərə dirildiləcəksən. Sonra onun üçün Cənnətdən bir qapı açılar və ona belə deyilər: Bu sənin oradakı yerin və Allahın sənin üçün hazırladığı neymətlərindir. Bunu üzərinə ora olan şövqü və sevinci artar. Daha sonra onun üçün Cəhənnəmdən bir qapı açılar və belə deyilər: Əyər Allaha asi olsa idin, gördüyün o yer və Allahın sənin üçün hazırladığı əzaba düçar olardın, bunun üzərinə oradan nicat tapdığını görüncə şövqü daha da artar. Sonra onun qəbri yetmiş dirsək uzunluğunda genişlənər və qəbri nurlanar. Daha sonra cəsədinə, ən gözəl və ən təmiz olan bir ruh qoyularaq əvvəlki halına qaytarılar. O ruh da Cənnət ağaclarında olan bir quş idi. Bu haqda Allah belə buyurur: "Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər". (İbrahim 27) ......". (İbn Hibban "Kitabul-Cənaiz", №: 3113; əl-Albani "Səhih ət-Tərğib vət-Tərhib kitabında hədisə həsən hədisdir demişdir).