Kəbin olmadan evli kişi ilə münasibətdə olan qadın namaz qıla bilərmi?
Va aleykumus-sələm. Kəbin olmadan naməhrəm kişi ilə münasibət qurmaq haramdır və bu zina sayılır. Zina isə böyük günahlardan biridir. Bu səbəbdən bu əməli tərk edib, etdiyiniz əmələ görə tövbə etməlisiniz. Yalnız kəbin kəsdirməklə naməhrəm kişi ilə münasibət qurmaq olar. Kəbin isə qadının vəlisinin (ata, qardaş, əmi və s.) izni ilə kəsilməlidir. Bu halda siz həmin kişinin ikinci ailəsi olacaqsınız. Zinanın haram olması və kəbin kəsdirmək barədə ətraflı bu linklərdən oxuyun:
Zina etmiş insan necə tövbə etməlidir?
Namaz qılmaq hər bir müsəlmana vacibdir. Namaz insanı pis əxlaqi keyfiyyətlərdən və günahlardan təmizləyir. Uca Allah bu xüsusda buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir" (əl-Ənkəbut, 45). Bu səbəbdən namaz qılmağa qərar verməyiniz çox bəyəniləndir və bunu gecikdirmədən həyata keçirin. Namazı qılmağın qaydası və namaz barədə ətraflı məlumat üçün bu linklərə müraciət edin: